Səudiyyənin hücumundan sonra, oğlunu axtaran yəmənli atanın acı görüntüləri - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:22 PM
Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin müxtəlif əyalətləriniə durmadan hava zərbələri endirir. Təiz əyalətində bir yeməkxanaya endirilən hava zərbsəi ciddə tələfatla nəticələnib.
Səudiyyənin hərbi təyyarələrinin Təiz
əyalətinin əl-Muxa bölgəsində bir yeməkxanaya endirdiyi hava zərbələri daha çox
maddi və canlı tələfatla nəticələnib. Hava zərbəsində 4 nəfər şəhid olub və
10-dan çox yaralanıb.
Bu hava zərbəsindən sonra yəmənli
atanın uçqunlar altında qalan oğlunu axtarması və qeydə alınan görüntülər qəlbləri
riqqətə gətirib.
İslaminSesi.info həmin videonu təqdim
edir:
Qeyd edək ki, Səudiyyə
və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək
bəhanəsilə bu ölkəyə hücuma keçib.
Mənbə: İslaminSesi