Azərbaycandan bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər
Posted on : qafqaz 10/16/2017 1:00:22 PM
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər
APA-nın məlumatına
görə, Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir
dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc
üçün qüvvədə saxlanılıb.
Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə
bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar
qəbul etsə də, sonradan bu qayda Ümrə ziyarəti üçün ləğv olunub.
Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər
500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli
olacaqlar.
Artıq Qafqaz Müsəlmanları idarəsinin (QMİ) builki Həcc mövsümü ilə bağlı təşkilatı
işləri həyata keçirən nümayəndə qrupu Səudiyyə Ərəbistanına yola düşüb. O da
bildirilir ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artım olacaq.
Buna səbəb dolların kəskin bahalaşmasıdır.
Qeyd edək ki, ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə
qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda
yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə
3500 dollar olub.
Azərbaycanda Həcc ziyarətinə sənədləri yalnız QMİ həyata keçirir.