header

 Sionist rejimin müdafiə naziri: islam ölkələri İsrailin təhlükəsizliyini təmin etmək baxımından parçalanmalıdırlar

Özü islam ölkələrini işğal edən, pərdə arxasında islam ölkələrini bölmək istəyən bir rejim Qarabağın Azərbaycan respublikasına qaytarılmasına razılıq verərmi?

Əl-Rəyülyövm qəzetinin Nasirə şəhərindəki müxbiri Züheyr Əndərus yazmışdır: İsrail hələ də bütün göstəricilərə rəğmən Suriyanın altı illik müharibənin siyasi həlli istiqamətində hərəkət etdiyini qəbul etmək istəmir. Sionistlər islam ölkələrini irqi, etnik və məzhəb baxımından parçalamaq xəyalındadırlar. Bu, Deyvid bin Qorionun planlaşdırdığı təfəkkürə əsaslanır. İsrailin müdafiə naziri Aviqdor Libermanin fikrincə orta şərq qarşıdurmasından üç nəticə çıxarılmalıdır ki, ən əhəmiyyətlisi islam ölkələrinin bölünməsidir. O artırmışdır: bu nəticələr İsrail və bu ölkənin təhlükəsizliyinin təmin edilməsinə təminat vermək istəyən ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. İsrailin ekstremist sağçı qoluna aid olan Libermanın təfəkkürləri Amerikanın Difens Niyus  saytında dərc edilmişdir. O, Suriya, İraq, Yəmən və regionun digər ölkələrində baş verənləri tarixi bir zəlzələ kimi qiymətləndirmişdir. Həmin raporta əsasən Liberman bütün ixtilafların, təhlükələrin və müharibələrin əsas amili olan sionist rejiminə işarə etmədən müsəlmanlar arasında fitnə törətmək istiqamətində demişdir ki, region problemlərinin həlli bəzi islam ölkələrində yeni sərhədlərin müəyyənləşdirilməsindən asılıdır. Çünki, onun fikrincə mövcud sərhədlərin dəyişilməsi etnik münaqişələri aradan apara və xalqının dəstəyindən yararlanan ölkələrin yaranması üçün yol aça bilər. Liberman həm də qərbin regiondakı maraqlarını təmin etmək üçün yaradılan saxta sionist rejimin təşkilinə işarə etmədən demişdir: Ortaşərqin bir çox ölkələri süni yolla və Sayks-Piko müqaviləsinə əsasən müstəmləkəçilik nəzəriyyəsi bazasında əmələ gəlmiş yerli əhalinin yaşayış tərzi, dərin etnik və irqi ixtilafları nəzərə alınmamışdır. Diqqəti cəlb edən cəhət budur ki, Libermanın bu görüşü Amerika prezidentinin müavini C. Baydenin islam ölkələri üçün hazırladığı planla üst-üstə düşür. Bayden hələ 2007-ci ildə indiki vəzifəyə gəlməmişdən əvvəl islam ölkələrinin kiçik muxtariyyətlərə parçalanmasını irəli sürmüşdü. Qarşıya belə bir sual çıxır ki, Azərbaycan respublikasında sonist işğalçı rejimi ilə əlaqələrin möhkəmlənməsini istəyənlər islam ölkələrini işğal edən və pərdə arxasında bu ölkələrin parçalanmasını nəzərdə tutan bir ölkə Qarabağın Azərbaycan respublikasına qaytarılmasına razılıq verməyəcəyinin fərqindədirlərmi? Elədir! Həmişə vətəndə dostu düşmən, düşməni isə dost kimi qələmə verən və xalqı mürəkkəb mediya yolları ilə aldadan və xalqın fəlakətinə zəmin yaradan xainlər olmuşlar.

Özü islam ölkələrini işğal edən, pərdə arxasında islam ölkələrini bölmək istəyən bir rejim Qarabağın Azərbaycan respublikasına qaytarılmasına razılıq verərmi?
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap