header

 İraq Ordusu Mosulun daha 4 məhəlləsini İŞİD-dən azad edib: 60 terrorçu öldürüldü

İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib...

Tashaio.com İslamazeri.az -a istinadən xəbər verir ki, İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib.

 

"Rudaw" müxbiri Mosulun Yarimçə məhəlləsində şiddətli qarşıdurmaların yaşandığını bildirib.

 

Zubata kəndində İraq Ordusu ilə İŞİD arasında çıxan qarşıdurmada 60 İŞİD-linin öldürüldüyünü, terror təşkilatına aid 2 bomba quraşdırılmış avtomobilin partladıldığını bildirib.

 

Əməliyyatda koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD mövqelərini fasiləsiz bombardıman edib.

 

İraq Terrorla Mübarizə Briqadalarının isə Maliyə, Sadiq və Hədba məhəllələrinin nəzarəti tam təmin edib.

 

Bu arada, axşama doğru, İraq Federal Polisindən general-polkovnik Raid Şakir Cövdət tərəfindən verilən yazılı açıqlamada təhlükəsizlik qüvvələrinə tabe birliklərin Mosulun cənubundakı 4 məhəllənin hamısında nəzarəti təmin etdiyini açıqlayıb.

 

Mosuldakı əməliyyatın komandirlərindən general-polkovnik Əbdüləmir Yarullah şəhərin şimal hissəsində baş verən şiddətli toqquşmalar nəticəsində düşmənin ciddi itki verdiyini bildirib.

 

29 dekabrda başlanan Mosul Əməliyyatının ikinci mərhələsindən bəri Sadə, Tuvilə və Ərqobbazi kəndləri, o cümlədən digər bəzi kəndlər azad edilib.

 

İraq qüvvələri əməliyyatda indiyədək Mosulun şərq tərəfində təxminən 60 %-ında nəzarəti təmin edib.

 

 

İraq Ordusu Mosulun daha 4 məhəlləsini İŞİD-dən azad edib: 60 terrorçu öldürüldü

İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap