Allah möminlərə var-dövlətin verilib, verilməməsini necə izah edir?
Posted on : Əqidələr 10/16/2017 1:00:21 PM
Niyə bəzi insanlara mal-dövlət verilir, bəzilərinə verilmir?
Tashaio.com İslaminSesi-nə istinadən xəbər verir ki, Allah möminlərə
var-dövlətin verilib, verilməməsini necə izah edir?
Buna cavab
olaraq, Mişkatul-Ənvar əsərində (səh-73, hədis-136) Məhəmməd Peyğəmbərdən (s) nəql
olunan hədisi təqdim edirik:
Allahın Rəsulu
buyurub:
“Mütəal və İzzətli
Allah buyurub: İzzətimə və Cəlalıma and olsun ki, bu dünyada mömin bəndəmdən
gözəl bir məxluq xəlq etməmişəm. Ona görə onu öz adımla “Mömin” adlandırdım. Mən
onu məşriqlə məğrib arasında olanlardan (var-dövlət) məhrum edərəm. Bu mənim tərəfimdən
onun üçün ən yaxşı bir seçimdir. (Bəzən də ) Mən məşriqlə məğrib arasında
olanları onun mülkiyyətinə verərəm. Bu yenə də mənm tərəfimdən onun üçün ən
yaxşı seçimdir. Ona görə mənim müqəddəratımla razılaşsın, imtahanlarıma səbr və
nemətlərimə şükr etsin. Ey Məhəmməd Mən belə bir bəndəni (var-dövləti olmayan və
Allahın müqəddəratı ilə razılaşan) öz yanımda Siddiqlərdən yazaram.”