Sarqsyan baş nazir olmaq üçün fırıldağa əl atır
Posted on : qafqaz 10/16/2017 1:00:21 PM
Sarqsyan baş nazir olmaq üçün fırıldağa əl atır
Ermənistan
prezidenti Serj Sarqsyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ili aprel
ayına kimi baş nazir postuna ən uyğun və mümkün namizəd müdafiə naziri Vigen
Sarkisyandır. FaktXeber.com-un məlumatına görə bu barədə Ermənistanın “Jamanak”
qəzeti xəbər yayıb.
“İctimai
qavrayışın böyük dəyişikliklərə hazır olması məqsədilə böyük səylə işlər
görülür”, - deyə nəşrdə bildirilir.
Məhz bu səbəbdən
Vigen Sarkisyan Ermənistan Respublika Partiyasında (ERP) siyahıya rəhbərlik edəcək.
Bu proqrama əsasən 2018-ci ilin aprel ayında – prezident səlahiyyətlərinin
bitdiyi ana kimi ERP müxtəlif yürüş və ictimai tədbirlər keçirəcək ki, həmin tədbirlər
zamanı xalq Serj Sarqsyana dövlətin başında durmağa, baş nazir olmağa
“yalvaracaq”. Vigen Sarkisyan 2018—ci ilin aprelin 9-na kimi öz vəzifəsindən
imtina edəcək, prezidentlik səlahiyyətləri bitən Sarqsyan da baş nazirlik vəzifəsinə
başlayacaq.
Cari baş nazir
Karen Karapetyan isə bu planda özünə uyğun vəzifə tapmayacaq. Buna görə, ya bu
proqramı batırmaq üçün əlindən gələni etməli, ya da “böyük maaş üçün” yenidən
Rusiyaya qayıtmalıdır.
Mənbə: Faktxeber