1 dəqiqəlik moizə: İslam aləmində yaranan iğtişaşların səbəbi...
Posted on : Əqidələr 10/16/2017 1:00:21 PM
İslam aləmində yaranan iğtişaşların səbəbi...
İslam
dünyasında yaranan iğtişaş və təlatümün səbəbi, müsəlmanların Qədir-Xumu
unutmalarıdır. Yəni imamət və vilayəti qəbul etməmələridir. Hər kəs hər nə istəyirsə
deyir. Amma şiənin bütün dünya üçün proqramı vardır və inanır ki, aləmə vilayət
quruluşu hakim olmalıdır. Dünyaya məsum imam (ə), yaxud onun nümayəndəsi hökumət
etməlidir. Dünyaya müqəddəs bir vücud hakim olmalıdır ki, onun ədaləti tam,
sözü əsas olsun. Heç kimin ondan irəli keçməyə, yaxud sözünə əməl etməməyə
haqqı yoxdur. Bu, din və məzhəbin mətnidir.
Ustad Füruği
Mənbə: İslamazeri