header

 Nüfuzlu Fransa qəzeti: "Türkiyə müsəlman ölkə olduğu üçün Aİ-yə qəbul etmirik!"

Fransanın (Löpinyon) "L'Opinion" qəzetinin yazarı Merşe Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəyə çıxarılmamasının yeganə səbəbinin müsəlman ölkə olması ilə bağlı olduğunu deyib.

Merşe dərc etdiyi məqaləsində, Türkiyənin Aİ-yə üzvlük prosesilə əlaqədar ilkin mühakimələr və terrorla mübarizəyə dair açıqlamalar verib: "Türkiyənin Aİ-na üzvlüyünün müzakirə olunmamasının yeganə səbəbi müsəlman ölkə olmasıdır. Buna görə avropalılar, xüsusilə də, fransızlar Türkiyəni Avropada görmək istəmir. Səsləndirilən arqumentlər nə olursa olsun, bu qəbul olunmamanın yeganə səbəbi Türkiyənin böyük bir müsəlman ölkə olmasıdır. Əgər siz Türkiyənin Aİ sistemində bir yer tuta biləcəyini desəniz, düşmənlə əməkdaşlıq etməkdə ittiham olunacaqsınız. Bu mövzunun tabu vəziyyətinə gətirilməsini qəbul etmək mümkün deyil".

 

Türkiyənin Aİ-yə üzvlük prosesinin Fransada artıq müzakirə mövzusu olmamasının kədərli bir vəziyyət kimi qiymətləndirən Merşe, sözlərini belə davam edib: "Bu mövzu çox köhnə bir nağıldır. Təəssüf ki, Türkiyənin üzvlüyü artıq Fransada müzakirə olunmur. Bir neçə il əvvəl mövzu ilə bağlı bəzi arqumentlər irəli sürürlür və "yaxşı bir fikirdirmi?" deyə suallar verə bilirdik. Məsələn sabiq prezident Jak Şirak və sabiq baş nazir Mişel Rosard Türkiyənin üzvülüyünə müsbət baxırdı. Dəstəkləyən və əleyhinə olan arqumentlər var idi. Bu gün bu müzakirəni Fransada açmaq mümkün deyil. Buna kədərlənirəm". /Deyerler.Org

Fransanın (Löpinyon) "L'Opinion" qəzetinin yazarı Merşe Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəyə çıxarılmamasının yeganə səbəbinin müsəlman ölkə olması ilə bağlı olduğunu deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap