İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək
Posted on : Əqidələr 10/16/2017 1:00:21 PM
İmam Zaman zühur edəndən sonra birinci bu ayəni oxuyacaq
Dünyanın sonuna
bir gün qalsa belə bir xilaskar gəlib, yer üzündə ədaləti bərpa edəcək. Bu məsələ
təkcə Quranda deyil digər səmavi kitablarda da gəlib və bütün dinlərin ortaq cəhətlərindən
biridir.
Dünyanın sonuna
bir gün qalsa belə Allah o günü o qədər uzadar ki ədaləti Mehdinin vasitəsilə bərpa
etmək mümkün olsun. İmamın zühuru üçün bir çox əlamətlər deyilibdir. Onlardan
biri də İmamın Kəbədə evində xilaskar olmasını bəyan etməsidir.
İmam Zaman ilk
sözünü necə başlayacaq?
İmam Baqir (ə)
buyurub:
“Onun deyəcəyi
ilk söz bu ayə olacaq: “Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (Bəqiyyətullah)
sizin üçün daha xeyirlidir”(Hud-86). Ayədən sonra İmam deyər: Allahın Bəqiyyətullahı
və sizin üçün yer üzündə saxladığı mənəm. Mən onun canişini, və sizin üzərinizdə
olan höccətiyəm.
Bu zaman ona
salam verən bütün müsəlmanlar deyərlər: Salam olsun sənə ey Bəqiyyətullah”
(Kəmaluddin, səh-331,
hədis-16)
İslaminSesi