Hələbdə terrorçulara məxsus anbarlarda Səudiyyə Ərəbistanı istehsalı kimyəvi maddələr aşkarlandı - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Suriya ordusunun hərb-mühəndis briqadaları Hələbin şərq hissəsindəki əraziləri minalardan təmizləməyə davam edir.
RT-yə istinadən,
Suriya ordusu Hələbin şərq hissəsində yerləşən Əl-Qadimə bölgəsində etdiyi təmizləmə
işləri çərçivəsində, terrorçulara məxsus anbarlarda Səudiyyə Ərəbistanı
istehsalı kimyəvi maddələr aşkarlayıb. Həmin anbarda vətəndaşlara hücum etmək məqsədi
ilə partlayıcı maddələr hazırlamaq üçün böyük bir miqdarda xlor və digər müxtəlif
kimyəvi maddələr tapılıb.
Anbarda həmin məhəlləni
tamamilə yox etməyə kifayət edəcək qədər bir çox əldə qayırma bomba da aşkar
edilib.
RT xəbər
agentliyinin xəbərinə əsasən, terrorçular bu anbara geri çəkilmədən əvvəl bomba
yerləşdiriblər. /Deyerler.org