header

 Azərbaycan ekspertləri Məhdi-Təşəyyö ilə danışıqda: Azərbaycanın dövlət adamları biabırlıq edirlər

bizim günahsız olduğumuzu yaxşı bilirsiniz. Lakin özünüzü biabır edirsiniz

Tashaio.com-Azərbaycan məsələləri üzrə ekspert Hamid Soltanpur Məhdi-Təşəyyö agentliyinin müxbirinə verdiyi müsahibədə Azərbaycan respublikasının məzhəbi fəaalarından hacı Taleh Bağırovun məhkəməsi haqqında onun və digər yoldaşlarının bəyanatına işarə edərək bildirmişdir: Nardaran hadisəsində yaxalananların nəhkəmə prosesinin davamı yanvarın 9-da keçirilmişdir. Ağır cinayətlərə dair Bakı məhkəməsi Hedər Əliyev kompleksinin yanında yerləşir. Məhkəmə nahardan qabaq keçirildi və siyasi fəallar, əhali, siyasətçilər və dindarlar məhkəmə binasının qarşısına toplaşmışdılar. Get-gedə izdiham çoxaldı və günorta namazı da elə oradaca qılındı. O, Elçin Manafov (islam partiyasının keçmiş başçısı) və Akif Heydərlinin məhkəmə qarşısında olmasına işarə edərək vurğulamışdır: onlar camaat üçün atəşin çıxışlar etdilər. Əlbəttə Rusiya və Britaniyada yaşayan azərbaycanlılar da ölkələrinin səfirlikləri qarşısına gələrək dustaqların azadlığını istədilər. Müsəlmanlar birliyi hərəkatının sədri Taleh Bağırov, AXCP müavini və Nardaran hadisəsində yaxalanan 16 nəfər məhkəmədə idilər və onların vəkilliyini Elçin İmanov öz üzərinə götürmüşdü. Vəkil araşdırmaların yenidən aparılmasına dair ərizə Verdi və bildirdi ki, məhkəmə sənədlərə baxmadan bu adamlara ağır hökm vermişdir. Azərbaycan eksperti T. Bağırovun vəkilin istəyini təsdiq etdiyini vurğulayaraq artırmışdır: onun dediyinə görə sənədlər araşdırılmamışdır. Bağırov işarə etmişdir ki, İlham Əliyev haqqında ona mənsub ediləh sözlər əslində onların subyektiv fikirləridir. Prokror iddia edir ki, Bağırov dövləti dəyişdirmə planı (çevriliş) hazırlamışdır. Lakin o vurğulamışdır ki, bunların hamısı saxtadır. Bağırov, bütün sözlərinin Yutyubda mövcud olduğuna və bir kəlmə belə dövlətin əleyhinə danışmadığına işarə etmişdir. O deyir: prokrorun bu haqdakı sözləri və ittiham etdiyi onun öz sözləridir. O, Ramil Usubovun məhkəmədə olduğuna və İlham Əliyevin onun vasitəsilə məhkəməyə nəzarət etməsinə işarə etmişdir. Taleh Bağırov demişdir: “guya biz dövləti dəyişdirmək üçün hakimiyyəti zorla ələ keçirmək qəsdində olmuşuq. Əslində isə MTN(milli təhlükəsizlik naziri) və dövlət generalları 11 ildir ki, dövlətə təzyiq göstərirlər. İlham Əliyev mənim bu sözümü yaxşı eşitsin, dövləti dəyişdirmək istəyən onun özüdür. Soltanpur AXCP(Azərbaycan xalq cəbhəsi partiyası) müavininin sözlərinə işarə edərək bildirmişdir: Fuad Qəhrəmanlının fikrinə əsasən hakimiyyətin ifşası prosesində qanun aşkarcasına taptalanmışdır. Qəhrəmanlı vurğulamışdır: prokrorun ona 11 il iş kəsməsi inanılmaz olsa dab o yolu seçənlər bütün məsələləri nəzərə almışdılar və daha artıq araşdırmalara ehtiyac duymadılar. o vurğulayır ki, hakimiyyətin ona münasibəti indiki şəraitdə hamıya aydındır. Qəhrəmanlı İlham Əliyev dövlətinə xitabən deyir: “bizim günahsız olduğumuzu yaxşı bilirsiniz. Lakin özünüzü biabır edirsiniz”. O, Əbil Bayramovun müttəhimlərin günahsız olduğu və ittihamların qondarma olduğu bucağından danışdığını nəzərə alaraq demişdir: onların vəkili Zakir Mustafayev bildirmişdir ki, onlara ağıla sığmaz işkəncələr verilmişdir. Azərbaycan məsələləri üzrə ekspert Ramin Yarıyevin vəkili Gülşən Süleymanovun sözlərinə işarə edərək demişdir: hələ dustaq yaşına çatmayan Yariyev həbsə alınmışdır. Onun vəkili deyir: “mən çətinliklə onunla görüşə bildim. Qorxudan və işkəncədən psixi sağlamlığı çox zəif idi və özünə inamını itirmişdi”. Süleymanov vurğulamışdır ki, on gün isrardan sonra Yarıyevi görə bilmişdir. O bildirmişdi ki, işkəncə izlərini aradan aparmaq üçün müxtəlif preparatlarla müalicə olunmuşdur. Prokrorun ona verdiyi 10 illik həbs cəzası şalvar cibindən aşkar edilmiş kiçik və əldəqayırma qombara üçün olmuşdur.

bizim günahsız olduğumuzu yaxşı bilirsiniz. Lakin özünüzü biabır edirsiniz
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap