Dünyanın bəzi siyasi rəsmilərinin başsağlığı müraciətləri davam edir
Posted on : iran 10/16/2017 1:00:21 PM
Polşa və Tatarıstan Muxtar Respublikasının prezidentləri, həmçinin dünyanın bəzi siyasi rəsmiləri dünən İran İslam Respublikası Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibətilə İranın dövləti və xalqına başsağlığı veriblər.
IRNA-nın məlumatına
görə, Polşa prezidenti Andrey Duda öz müraciətində Ayətullah Haşimi Rəfsəncaninin
vəfat etməsi münasibətilə İran prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
Polşa
prezidentinin başsağlığı müraciətində Ayətullah Haşimi Rəfsəncani yaddaşlarda
qalacaq ən möhtərəm rəsmilərdən və ən sevimli siyasi xadimlərdən biri kimi qeyd
olunub.
Tatarıstan
Muxtar Respublikasının prezidenti Rüstəm Minixanov da İran prezidenti Həsən
Ruhaniyə ünvanladığı müraciətində yazıb: İranın ən görkəmli siyasi
simalarından biri olan Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibətilə
dərin hüznlə başsağlığı verirəm.
Həmçinin çərşənbə
günü müxtəlif ölkələrdə dünyanın siyasi və mədəni rəsmilərinin geniş iştirakı
ilə Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərinin imzalanması mərasimləri
keçirilib.
Gürcüsanın baş
naziri Gerorgi Kevirikaşvili İranın Tiflisdəki səfirliyinə gələrək, Ayətullah
Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıb.
Həmçinin Kiprin
müdafiə naziri İranın Nikoziyadakı səfirliyinə gəlib, İranın dövləti və xalqına
başsağlığı verərək, Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini
imzalayıb.
MAQATE-nin baş
direktoru Yukiya Amano da dünən axşam İranın Vyanadakı səfirliyinə gəlib, Ayətullah
Haşimi Rəfsəncaninin vəfatı münasibətilə İranın dövləti və xalqına başsağlığı
verərək, onun xatirə dəftərini imzalayıb.
İngiltərədəki səfirliklərin
nümayəndələri və səfirlərindən bir qrupu da İranın Londondakı səfirliyində
olub, Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayaraq, onun dərəcəsi
və şəxsiyyətinə hörmət ifadə edibdir.
İranın Küveytdəki
səfirliyində də bu ölkənin tanınmış şəxsiyyətlərinin iştirakı ilə Ayətullah
Haşimi Rəfsəncaninin xatirə dəftərinin imzalanması mərasimi keçirilib.
Həmçinin bir
qrup kubalı rəsmi şəxs, o sıradan bu ölkənin vitse-prezidenti Havanada Ayətullah
Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıbdır.
Ayətullah
Haşimi Rəfsəncaninin cənazəsi çərşənbə axşamı günü İran İslam Respublikasının
banisi İmam Xomeyni(r.ə)-in pak hərəmində dəfn olunub.
İran İslam
Respublikası Məsləhət Şurasının mərhum sədri bazar günü gecə ürək çatışmazlığı
üzündən Tehran xəstəxanalarından birində vəfat etdi.