“Hər kəs Allahı gördüyü qədər yaşamış hesab olunur” - Video
Posted on : iran 10/16/2017 1:00:21 PM
Hər kəs Allahı gördüyü qədər yaşamış hesab olunur. Həyatda O, olarsa məna kəsb edər. İnsan Allahsız həyatda ölü kimidir.
Həyat,
dirilik və yaşayışda Allah olarsa məna kəsb edər. Allah olmazsa bu həyat və orada
qurub, quraşdırılan ev-eşik və ailə də
hörmüçək toru qədər zəif olar. Allaha bağlı olmayan həyat ölüm deməkdir.
Dirilik və əbədiyyət yalnız ona məxsus olduğu kimi yalnız onun həqiqi bəndələri
də ona bağlı olaraq "diri" qala bilərlər. Quranda buyurulur ki hər
kim bir şəxsi diriltsə elə bil dünyanı dirildib və hər kim bir nəfəri öldürsə
elə bir dünyanı öldürüb. Bir çox müfəssirlər burada diriliyi hidayət olmaq və
ölümün isə imandan çıxmaq anlamında olduğunu deyirlər. Quranda və hədisdə bir
çox yerlərdə dirilik iman, ölüm isə imansızlıqla paralel tutulur. Həqiqi
dirilik yalnız Allaha bağlılıq,
Allahsızlıq isə ölüm deməkdir.
Tanınmış əxlaq
ustadı və xətib şeyx Əli Füruğinin bu haqda çıxışını təqdim edirik: