“Rəfsəncaninin ölümündə ən böyük müsibəti Ayətullah Xamenei gördü” - Video
Posted on : iran 10/16/2017 1:00:21 PM
“Haşemi Rəfsəncani həm hegemonlarla mübarizə aparan idi həm də Sionizmlə, O əvvəl necə idi sona qədər də elə qaldı. Onun ölümündə ən böyük müsibəti Ali lider gördü. Mən Ali liderə baş sağlığı verirəm. Allah onu bizim üçün qoruyub saxlasın”
Bunu
Sepahın tanınmış generalı Qasim Süleymani deyib.
O, dəfn mərasimində
iştirak edən zaman jurnalistlərin suallarını cavablandıraraq, Haşemi Rəfsəncaninin
vəfatına görə İran İslam İnqilabının Ali lideri Seyyid Əli Xameneiyə başsağlığı
verib.
O bildirib
ki, Haşemi Rəfsəncani İnqilabın əvvəlində necə idisə sona qədər də elə qaldı.
“Amma o bəzi
zamanlarda taktikalara əl atırdı və düşməni çaşdırırdı” deyə Qasim Süleymani son
illərdə Ali liderlə Rəfsəncani arasında bəzi fikir ayrılıqlarının səbəblərinə
toxunub.
O
vurğulayıb ki elə Haşimi Rəfsəncaninin ölümü daha çox Ali lideri kədərləndirdi. / İslaminSesi