Səudiyyənin aviazərbəsində yaranan bu mənzərə qəlbləri riqqətə gətirdi - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin paytaxtı Sənanın şimal-şərqində Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib.
Ötən gün
endirilən bu hava zərbəsi nəticəsində onlarla uşaq və qadın yaralanıb və həlak
olub.
Bölgədə əl-Fəllah
adlı məktəbin yaxınlığına endirilən hava zərbəsində məktəblilər də həlak olub.
Onların çoxunun vəziyyəti ağırdır.
Hava zərbəsindən
sonra həlak olan məktəbli qızlardan birinin görüntüləri Səudiyyə Ərəbistanına
qarşı qəzəb və hiddəti daha da artırıb.
Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib. / İslaminSesi