header

 "Nardaran işi" vəkillərin çıxışı ilə davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib.

 

Vəkil Fəxrəddin Mehdiyev çıxışında müdafiə etdiyi Fuad Qəhrəmanlı, Əli Nuriyev, Abbas Quliyevin və digər təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmadığını söyləyib.

 

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməlidir.

 

O, həmçinin müdafiə etdiyi Abbas Quliyevə də bəraət verilməsini tələb edib. 

 

Digər vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Taleh Bağırov və Abbas Hüseynov barəsində verilən ittihamı qəbul etmədiklərini deyib, təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.

 

Cavad Cavadov da təqsirləndirilən Taleh Bağırova və digərlərinə bəraət verilməsini istəyib.

 

Prosesdə fasilə elan olunub.

 

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyəcəklər.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə 2015-ci dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur. / Faktxəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap