Səudiyyə rejiminin Yəməndə məktəbi bombalamasında 8 şagird həlak oldu
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Səudiyyə rejiminin döyüş təyyarələri Yəmənin paytaxt Sənada bir məktəbi bombaladı.
Yerli mənbələrin məlumatına əsasən, ilkin ehtimalla hücumda
2-si ibtidai sinif şagirdi olmaqla ümumilikdə 8 şagird həlak olub, 13-ü isə
yaralanıb.
Digər tərəfdən, Yəmənin Taizz vilayətinin əhalisi Səudiyyə
rejiminin təcavüz hücumları və cinayətlərinә etiraz etmək üçün küçələrə
çıxıblar.
Nümayişçilər Səudiyyə rejiminin bəzi region ölkələrinin
maliyyə və silah dəstəyilə davam etdirdiyi Yəmənə qarşı təcavüzkar hücumlarının
və blokadanın Yəmən xalqını çox çətin vəziyyətlə üz-üzə qoyduğunu bildiriblər.
Nümayişçilər BMT, Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatlardan
Səudiyyə rejiminin cinayətlərinə son verməsini tələb ediblər. / Deyerler.org