Əl-Haşduş Şəbi: "Əl-Bağdadini Amerikadan əvvəl ələ keçirəcəyik"
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İraqın Əl-Haşduş Şəbi könüllü xalq qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi Əl-Haşduş Şəbi qüvvələrinin Amerikadan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadini ələ keçirəcəyini deyib.
Əl-Əsədi İRNA-ya açıqlamasında bildirib ki, onların düşüncələrinə
görə, Əl-Bağdadinin İraq və Suriya sərhədi yaxınlığında gizlənib.
O, İraq qüvvələri və Amerika qüvvələri arasında Əl-Bağdadinin
tutulması məsələsində bir rəqabətin olduğunu bildirərək, belə danışıb:
"İraq ordusu və Əl-Haşduş Şəbi Bağdadinin yaxalanması üçün əməkdaşlıq
edir".
Əl-Haşduş Şəbinin sözçüsü Amerikanın Bağdadini öldürmək istəmədiyini
deyib. "Çünki dünya imperializmi tərəfindən Bağdadiyə verilən vəzifə hələ
də icra olunur", - deyə o bildirib. / Deyerler.org