header

 Siyasətin Ayətullahı; Haşemi Rəfsəncaninin həyat yolu

Siyasətin Ayətullahı; Haşemi Rəfsəncaninin həyat yolu

Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan rayonunda dünyaya gəlib.

 

O, İranın dördüncü prezidenti, Xobreqan Məclisinin sədri, Məsləhət Şurasının sədri, İranın Silahlı Qüvvələrinin müavini, Ölkənin Müdafiəsi Ali Şurasının sədri, daxili işlər naziri və sair mühüm vəzifələri öhdəsinə götürüb.

 

Ayətullah Musəvi Xomeyni vəfat etdikdən sonra onu müasir İranın yenidənqurması, ölkə iqtisadiyyatının dirçəlməsi, xarici siyasətin balanslaşdırılması siyasətini öhdəsinə götürən ən öncül şəxs hesab etmək olar.

 

Rəfsəncani 16 yaşında - 1948-ci ildə müqəddəs Qum şəhərinə dini təhsil almağa gedib. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırıb. O, savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin müridi oldu.

 

Haşemi Əkbər Rəfsəncani da diktator Rza Şah Pəhləvinin siyasətinə qarşı çıxdı. Ayətullah Musəvi Xomeyni 1964-cü ildə sürgün edildi. İslam inqilabına qədər Rəfsancani 15 il içində 5 dəfə həbs edildi.

 

1979-cu ildə İslam inqilabı nəticəsində şah ölkədən qaçdı və Ayətullah Musəvi Xomeyni ölkəyə qayıtdı. Haşemi 1979-1980cı illərdə daxili işlər naziri oldu. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələndi. Ayətullah Musəvi Xomeyninin sağ əlinə çevrilən Rəfsəncani 1980-1989-cu illərdə parlamentdə spikerlik vəzifəsini tutdu. 1980-1988-ci il İraq-Iran müharibəsində sülh əldə edilməsində böyük rol oynadı.

 

1989-cu il iyun ayında Ayətullah Ruhullah Xomeyninin vəfatından və Ayətullah Seyyid Əli Xamneyinin prezidentliyindən (1980-1989) sonra İranın dövlət başçısı oldu. Ayətullah Seyyid Əli Xamneyi isə İslam İnqilabının Ali lideri oldu.

 

Rəfsəncani konservativ və praqmatik siyasət yürütdü, qonşularla, keçmiş SSRİ və ərəb ölkələri ilə normal münasibətlər qurdu. Ancaq ABŞ ilə heç münasibət qurulmadı və bir neçə Qərb ölkəsi ilə məhdud münasibətlər yaradıldı.

 

Heşmi Rəfsəncani ABŞ banklarında dondurulan milyardlarla dolların İrana qaytarılmasında və İranın daxilində uzunmüddətli və qısamüddətli iqtisadi infrastruktur lahiyələrin həyata keçirən ən öncül şəxsdir.

 

O Livanda tutulan ABŞ əsgərlərinin azad edilməsi və İranın bəzi dondurulmuş pullarının geri qaytarılması danışıqlarında da açar rolunu oynayıb.

 

Rəfsəncani, 1993-ci ildə yenidən dövlət başçısı seçildi. 1997-ci ildə seçkiyə qatılmadı. Amma 2005-də İrandakı prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqladı.

 

O, praqmatik konservativ siyasətçi kimi tanınır. O, azad bazar pozisiyasını dəstəkləyirdi.

 

Rəfsəncani evli və 5 övladı - 3 oğlu və 2 qızı var idi.

 

İranda siyasətin və iqtisadiyyatın Ayətullahı kimi tanınan Haşemi Rəfsəncani ürək problemi ilə 7 dekabrda xəstəxanaya yerləşdirilmiş, ancaq 8 dekabr 2017-ci ildə 82 yaşında vəfat etmişdir./ İslaminSesi

Siyasətin Ayətullahı; Haşemi Rəfsəncaninin həyat yolu
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap