header

 Ayətullah Haşimi Rəfsəncaninin vəfatı xəbəri xarici medianın baş səhfəsində

İran İslam Respublikası quruluşunun məsləhət şurasının sədri, islam inqilabının öncüllərindən olan Ayətullah Haşimi Rəfsəncaninin vəfatı xarici mediada geniş rezonans doğurub və dərhal virtual fəzada, yazılı, video və aodio medialarında birinci xəbərə çevrilib.

Belə ki, FransPress, Röyters, AseoşieytedPress, Nyu-York Tims və digər beynəlxalq media və telekanallar dərhal Ayətullah Haşimi Rəfsəncaninin vəfatı xəbərini əks etdiriblər.

Ərəb dilli telekanallar ; Rusiya Əl-Yəum, Əl-Ərəbiyyə, Əssuməriyyə Nyus, Misirin Əl-bəvabə, Əlan, doyçevele və digər ərəb dilli KİV-lər təcili xəbərdə Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi xəbərini yayımlayıblar.

İslam inqilabının banisi İmam Xomeyninin (r.ə) və islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin köməkçisi, ayətullah Haşimi Rəfsəncaninin vəfatı xəbəri Rusiya medialarında da dərhal öz əksini tapıb.

İran İslam Respublikasının məşhur simalarından olan ayətullah Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri dərhal Pakistanın da ən əsas KİV-lərində əks etdirilib.

Türkiyənin xəbər telekanalları da Ayətullah Haşimi Rəfsəncaninin vəfatının ilk dəqiqələrində onun dünyasını dəyişməsi xəbərini yayımlayıblar.

 Ürək infarktı keçirərək Tehranın Təcriş şəhidləri xəstəxanasında yerləşdirilən İran İslam Respublikası quruluşunun məsləhət şurasının sədri, islam inqilabının öncüllərindən olan Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam dünyasını dəyişdi. / Şəbistan Xəbər Agentliyi

İran İslam Respublikası quruluşunun məsləhət şurasının sədri, islam inqilabının öncüllərindən olan Ayətullah Haşimi Rəfsəncaninin vəfatı xarici mediada geniş rezonans doğurub və dərhal virtual fəzada, yazılı, video və aodio medialarında birinci xəbərə çevrilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap