Ali Rəhbər Ayətullah Xamenei höccətül-islam Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi
Posted on : iran 10/16/2017 1:00:21 PM
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei höccətül-islam Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verib.
Ali Rəhbər Ayətullah
Xameneinin başsağlığı mesajında bildirilir:
“Allahın adı ilə!
İnna lillah və inna iləyhi raciun (Biz Allah tərəfindən gəlmişik, Ona tərəf də
qayıdacağıq). Təssüf hissi ilə islami hərəkat və mübarizə illərinin həmsəngəri,
köhnə dostum, islami respublika dövründə uzun illərin yaxın həmkarı olan cənab
höccətül-islam Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin qəflətən ölümü ilə bağlı xəbəri
aldım. 59 il həmkar və silahdaşımı itirmək çətin və ağrılıdır. Biz bu onilliklər
ərzində necə çətinliklər və maneələrdən keçdik. Çox zamanlar bir-birimizlə
müşavirələr apardıq, müştərək yolumuz uğrunda çalışdıq, çətinliklər və təhlükələrə
sinə gərdik. O illər ərzində onun iti zəkası və nadir səmimiyyəti onunla həmkar
olan bütün şəxslər, xüsusilə, mənim üçün etibarlı təkyəgah idi. Bu uzun müddət ərzində
müxtəlif zamanlarda fərqli mövqelər və fikirayrılıqlarının olması belə Kərbəlada,
“beynəl-hərəmeyn”də bizim aramızda başlanan dostluq münasibətləri və bağlarını
heç bir zaman ayıra bilmədi. Son illər bizim aramızda yaranan fikirayrılığından
ciddi şəkildə istifadə etmək istəyən şeytanların vəsvəsəsi də onun mənə olan
sevgisini azaltmadı.
O, şah zülmünə
qarşı mübarizə aparan ilk nəslin misilsiz nümunəsi, eləcə də təhlükəli və
iftixar ediləcək bu yolun acısını görənlərdən idi. Uzun illər həbsdə oldu,
“Savak”ın işgəncələrinə dözdü, sonra “Müqəddəs Müdafiə” dövründə qəbul etdiyi
ciddi məsuliyyətlər, “İslami Şura Məclisi”nin sədri, “Xobreqan Ekspertlər Məclisi”nin
sədri və digər çalışdığı vəzifələr, bu keçmiş mübarizin enişli-yoxuşlu həyatının
parlaq səhifələridir.
Haşimini itirməklə
mən tarixin bu enişli-yoxuşlu dönəmində onun kimi uzunmüddətli və müştərək təcrübəyə
sahib olan digər bir şəxsi tanımıram.
İndi bu köhnə
mübariz müxtəlif fəaliyyət və çalışmalarla dolu bir “əməl dəftəri” ilə Allahın
hesab məhzərindədir. Bu isə biz İslam Respublikası məsul şəxslərinin hamsının
taleyidir.
Allahdan onun ruhu üçün səmimi qəlbdən rəhmət və məğfirət diləyirəm. Onun həyat yoldaşı, övladları, qardaşları və digər qohumlarına başsağlığı verirəm".