header

 Şəri-dini suallara cavablar - SUAL 14

Dəstəmazın şərtləri nədir?

DƏSTƏMAZIN HÖKMLƏRİ

 

SUAL 14: Dəstəmazın şərtləri nədir?

CAVAB: Dəstəmazın 13 şərti var:

1. Dəstəmaz suyu pak olmalıdır;

2. Dəstəmaz suyu saf (mütləq) olmalıdır (nəcis və qatqılı olmamalıdır);

3. Dəstəmaz suyu mübah (halal) olmalıdır (qəsbi olmamalıdır);

4. Dəstəmaz alınan qab mübah olmalıdır (qəsbi olmamalıdır);

5. Dəstəmaz alınan qab qızıl və gümüşdən olmamalıdır;

6. Dəstəmaz üzvləri (yuyulan və məsh çəkilən zaman) pak olmalıdır;

7. Dəstəmaz almaq üçün yetərincə vaxt olmalıdır;

8. Dəstəmaz Allaha yaxınlaşmaq məqsədi (qürbət qəsdi) ilə alınmalıdır;

9. Dəstəmazda “tərtibə” riayət olunmalıdır; yəni əvvəlcə üz, sоnra sağ qоl, daha sоnra sоl qоl yuyulmalı və оndan sоnra başa, sonda da ayaqlara məsh çəkilməlidir.

10. Dəstəmazın əməlləri ardıcıl və arası kəsilmədən yerinə yetirilməlidir;

11. İnsan dəstəmazı özü almalı və dəstəmaz almaq üçün başqasından kömək almamalıdır;

12. Sudan istifadədə (suyun zərərli olması və yaxud susuz qalacağı kimi) hər hansı bir maneə olmamalıdır;

13. Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır.

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;

2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;

3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:

–Ayətullah Seyid Əli Xamenei;

–Ayətullah Seyid Əli Hüseyni Sistani;

–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.

–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;

–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;

–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;

–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;

–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;

–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;

 

Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

 

Maide

Dəstəmazın şərtləri nədir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap