header

 “Eldar Mahmudov şəhərdə göründü” mesajının sirri...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun uzun müddətdən sonra Azərbaycanda görünməsi ilə bağlı yayılan xəbər müzakirə olunan məsələlərdəndir.

Eldar Mahmudovun personasına maraq bu xəbərin geniş yayılmasına səbəb olub. Məlumatda iddia olunur ki, 2016-cı ilin dekabrında Eldar Mahmudovu Rusiyanın Azərbaycandakı səfirliyi binası yaxınlığındakı yolda “Porsche” markalı avtomobilin içərisində gedərkən görüblər.

 

Həmin vaxt avtomobili keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirmiş, özü isə ön oturacaqda əyləşərək, söhbət edirmiş. Hətta, Eldar Mahmudov avtomobillə gedərkən, yolda rastlaşdığı keçmiş polis tanışlarından birinə də salam verib. Avtomobildə ötəri söhbət edən Eldar Mahmudov daha sonra deyib ki, hər şey normaldır, heç bir problemi yoxdur.

 

Bu söhbətin ortaya çıxmasından sonra bir çoxları əminliklə Eldar Mahmudovun həbs edilməyəcəyini deyirlər. Bildirirlər ki, Eldar Mahmudovun şəhərdə maşında gəzməsi, köhnə tanışları ilə salamlaşıb “hər şeyin normal olmasını” söyləməsi düşünülmüş addımdır. Bu yolla sabiq nazir vaxtilə ətrafında olmuş, hazırda da vəzifədə olan şəxslərə mesaj yollayır. Özünün toxunulmaz olduğunu bu cür fəndlərlə cəmiyyətə ötürür. Və bu xəbərin də mediaya çıxmasında onun özünün də maraqlı olduğu qeyd edilir.

 Ümumiyyətlə isə E.Mahmudov vəzifəsindən çıxarılandan sonra barəsində ən müxtəlif xəbərlər ara-sıra mətbuatda peyda olub. Məsələn, 2016-cı ilin sentyabrında bir çox mətbu orqanlarda “Eldar Mahmudovu toyda görüblər” sərlövhəli xəbər yayılmışdı. 11 sentyabr 2016-cı ildə yayılan xəbərdə iddia edilirdi ki, E.Mahmudov “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toyunda olub.

 

Sitat: “Gununsesi.info saytını bilgiləndirən mənbə iddia edib ki, ”...sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb".

 

Sabiq nazirin ölüm xəbəri mətbuatda yer alıb və geniş müzakirələrə səbəb olur. Bu xəbərlərin yayılması bir neçə məqsədə xidmət edə bilər.

 

Mümkündür ki, xəbərləri Eldar Mahmudova yaxın çevrələr dövriyyəyə buraxsın. Bu halda xəbərin yayılması şantaj xarakteri də daşıya bilər.

 

Başqa bir versiya Eldar Mahmudovun ölüm xəbərinin ardında toyda, sonradan şəhərdə görünməsi xəbərinin “ildırım sürəti” ilə yayılması sabiq nazirin özünü qorumasına xidmət edir.

 

Ölüm xəbərinin də geniş yayılması sabiq nazirin fiziki olaraq aradan götürülməsində maraqlı olan qüvvələrin marağından kənar deyil. Mümkündür ki, belə xəbərləri yaymaqla əvvəlcədən ictimai rəy formalaşdırsınlar və ardından da bu məlumat gerçəkləşsin.

E.Mahmudov belə xəbərlərin hansı “mətbəxlərdə və necə hazırlandığını” bilməmiş deyil. Odur ki, özünün sağ- salamat olduğunu diqqətə çatdırmaq üçün “toy məclisinə qatıldığını”, “şəhərdə gəzdiyini” mətbuata özünün adamları vasitəsi ilə ötürür.

 

Bir versiya da istisna deyil; belə xəbərləri kimlərsə sensasiya yaratmaq və oxucu qazanmaq naminə gündəmə gətirir./musavat/

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun uzun müddətdən sonra Azərbaycanda görünməsi ilə bağlı yayılan xəbər müzakirə olunan məsələlərdəndir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap