header

 Azərbaycan respublikasında yazıçı və politoloq Kənan Rövşənoğlu öz qeydiyyatında yazmışdır: İsrail Azərbaycan respublikasından İran əleyhinə istifadə edir

Maariv, Haarets və b. da yazmışlar ki, Azərbaycandan əldə etdiyimiz ən böyük imkan İran sərhəddinə yaxınlaşmağımızdır.

Azərbaycan respublikasının bir yazıçı və politoloqu öz yazısında Bakı-Telaviv arasında inkişaf etməkdə olan əlaqələrin nəticələrinə dair xəbərdarlıq edərək vurğulamışdır ki, sionist rejimi Livanın intiqamını İrandan Azərbaycan respublikasıında almağa çalışır. Azərbaycan respublikasının yazıçısı və politoloqo Kənan Rövşənoğlu muxalifət qəzeti yeni müsavatda çap etdirdiyi “İranla dost olmalıyıq yoxsa düşmən?” adlı bir məqaləsində Bakı dövlətinin İranla əlaqədar mübahisəli siyasətini tənqid etmişdir. O, sionist rejiminin baş naziri Netanyahunun Bakıya, sonra isə Həsən Ruhaninin İrəvana səfərindən irəli gələn siyasi böhrana işarə edərək Azərbaycan dövlətinin İrana qarşı ümumi fikri təhrik etməyə çalışdığını tənqid etmişdir. Kənan Rövşənoğlu öz qeydiyyatında yazmışdır: İran rəsmiləri bir söz deməsələr də o ölkənin ümumi informasiya vasitələrində İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana qarşı Nüvə alimlərinin terroru, pilotsuz təyyarələri kimi təşəbbüsdə olduğuna dair Azərbaycan əleyhinə iddialar mövcuddur. Aəzrbaycan bu mövzunu inkar etsə də aydın məsələdir ki, İsrailin ona nə qədər xeyri dəysə də özünü bu oyuna qatmaq istəmir. Gerçəklik isə budur ki, İran Livan vasitəsilə İsrailə təzyiq göstərdiyi kimi İsrail də Azərbaycan vasitəsilə İrana təzyiq göstərməyə çalışır. Azərbaycanın malik olduğu bəzi xüsusiyyətlər, o cümlədən İran nüfusunun diqqətə layiq hissəsilə etnik, mzəhəb və dil yaxınlığı, Azərbaycan respublikası əhalisinin müsəlman olduğuna baxmayaraq İsrail haqqında mənfi konsepsiyaya malik olmamaları səbəb olmuşdur ki, İsrail İrana qarşı planında ona göz yummasın. Rövşənoğlu davam edərək Azərbaycanın İrana qarşı təzyiq mərkəzinə çevrilməsinə dair xəbərdarlıq edərək yazmışdır: Belə bir vəziyyətdə ən çox zərər Azərbaycana dəyəcəkdir. Iki regional qüdrətin döyüş meydanına çevrilmək Azərbaycan üçün ən pis seçimdir. O, yazılarının davamında Azərbaycan dövlətinə böyük və qonşu bir dövlətlə düşmənçilik yaratmaq ağıllı bir iş olmazdı deyə tövsiyə edərək vurğulamışdır ki, Azərbaycan İranla qarşıdurmaqdansa bu böyük dövlətin imkanlarından öz xeyrinə istifadə etməlidir. Azərbaycanın tanınmış politoloqu davam etdirərək yazmışdır: İsrailin İran əleyhinə Azərbaycandan istifadə etməsinə dair xəbərlərin yayılmasının ötəri mənafedən başqa nəticəsi yoxdur. Zorakılıq, terror və müharibə regionunda Azərbaycanın tələbatı sakitlikdir. Qeyd edək ki, son vaxtlar İsrailin bir çox sayt və qəzetləri, o cümlədən Maariv, Haarets və b. da yazmışlar ki, Azərbaycandan əldə etdiyimiz ən böyük imkan İran sərhəddinə yaxınlaşmağımızdır.

Maariv, Haarets və b. da yazmışlar ki, Azərbaycandan əldə etdiyimiz ən böyük imkan İran sərhəddinə yaxınlaşmağımızdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap