header

 Daha bir İŞİD lideri öldürüldü

Daha bir İŞİD lideri öldürüldü

ABŞ Müdafiə Nazirliyi İŞİD liderlərindən Mahmud əl-İsəvinin Raqqa yaxınlığında öldürüldüyünü bildirib. Terror təşkilatının kəşfiyyat və media quruculuğunda yer alan İsəvinin ABŞ rəhbərliyindəki koalisiyanın həyata keçirdiyi hava hücumunda öldürüldüyü qeyd edilib.

 

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada "Suriya əsilli İŞİD lideri 31 dekabrda Raqqa yaxınlığında təşkil olunan hava hücumunda öldürülüb", - deyə bildirilib. İsəvinin Fəllucadan Raqqaya keçməzdən əvvəl İŞİD-in media və kəşfiyyat quruculuğunda fəaliyyət göstərdiyi, təşkilat daxilində tapşırıqlar və təbliğat materiallarının yayılmasından məsul olduğu qeyd edilib.

 

Xarici əməliyyatları koordinasiya edən təşkilat nümayəndələri ilə regionlararası səyahət etdiyi bildirilən İsəvinin 2 noyabrda öldürülən İŞİD-in Yaxın Şərqdən kənar şəbəkələri üzrə əmiri Əbd əl-Basir əl-İraqiylə yaxın əlaqəsinin olduğu bildirilib. CENTCOM-un açıqlamasında bu sözlərə yer verilib:

 

"İsəvi 2016-cı ildə koalisiya tərəfindən təşkilatın xarici əməliyyatları şəbəkəsindən öldürülən on altıncı liderdir. İŞİD-in terror hücumlarını planlaşdıran liderlərinin ard-arda öldürülmüş olması ilə yanaşı onun da öldürülməsi təşkilatın regionlararası terror hücumlarını daha da gerilədib. Koalisiya müttəfiq və koalisiya tərəfdaşları olan ölkələrdə terror aktı planlaşdıran İŞİD liderlərini təqib edib, zərərsizləşdirməyə davam edəcək".  /eastnews

Daha bir İŞİD lideri öldürüldü
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap