header

 İran və Azərbaycan arasında bank əməkdaşlıqları, ticarət və dəmir yolu üzrə bir neçə anlaşma əldə edilib

İran və Azərbaycan birgə iqtisadi komissiyasının sədri Bakıya olan 3 günlük səfərinin sonunda iki ölkə arasında bank məsələlərinin həlli prosesinin sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və bir aya kimi dərman zavodunun quraşdırılmasına başlanması üzrə anlaşmanın əldə edilməsindən xəbər verib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi "Bakutell 2016" beynəlxalq sərgidə iştirak məqsədi ilə rabitə sənayesi üzrə fəaliyyət göstərən bir neçə İran şirkətinin məsul şəxsi ilə birlikdə Bakıya olan səfərinin rabitə və informasiya texnologiyalrı üzrə əlaqələrin genişləndirilməsində müsbət nəticələr ilə yanaşı olduğunu deyib: "Bu səfər zamanı bu sahə ilə bağlı anlaşma sənədinin imzalanması ilə yanaşı özəl sektor üçün Azərbaycan bazarına çıxış imkanları da yaradılmış olub".

 

İran və Azərbaycan birgə iqtisadi əməkdaşlıq komissiyasının da sədri olan Mahmud Vaizi bir aydan daha az müddət ərzində birgə komissiyanın Bakıda iclas keçirəcəyindən xəbər verərək, deyib: Bu iclasa hazırlıq çərçivəsində səfər zamanı yaxşı müzakirələrimiz və anlaşmalarımız oldu.

 

Vaizi bank məsələlərinin ən qısa zamanda həll edilməsini iki tərəf arasında əldə edilən anlaşmalardan adlandırıb və cari ildə iki ölkə arasında ticarət mübadiləsi həcminin 75%-lik bir artım ilə yanaşı olduğuna işarə edərək, deyib: Səfər zamanı ixrac edilən məhsullarının siyahısının hazırlanması və mübadilə edilməsi habelə, gömrük xidmətlərinin sadələşdirilməsi barədə də razılıq əldə olundu.

 

İranın rabitə və informasiya texnologiyaları naziri azərbaycanlı həmkarı ilə görüşündə Neftçalada  avtomobilqayırma zavodunun quraşdırılması ilə bağlı işlərin gedişi haqda danışıqların aparılmasından və iki ölkənin Bakıda birgə şəkildə dərman zavodu quraşdırması barədə razılığa gəlməsindən xəbər verərək, deyib: Dərman zavodunun quraşdırılması əməliyyatına da İranın iştirakı ilə birgə komissiyanın Bakıda keçiriləcək iclası ilə bir vaxtda Sumqayıt şəhərində start veriləcək.

 

M.Vaizi həmçinin deyib: İki ölkə sərhədində dəmiryolu körpüsünün quraşdırılması ilə bağlı yaranan problemlərin aradan qaldırılması və Astara-Astara dəmiryolunun bir-birinə qovuşması məsələsi də bu səfər zamanı müzakirə edilən məsələlərdən olub və Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi istiqamətində də bir komitə yaradılıb.

 

İranın rabitə və informasiya texnologiyaları naziri sonda səfərinin yekun nəticəsini son dərəcə konstruktiv və səmərəli adlandırıb və deyib: 3 həftə sonra keçiriləcək birgə iqtisadi komissiyasının iclasının bir hissəsi Bakıda, bir hissəsi də Naxçıvanda keçiriləcək.

İran və Azərbaycan birgə iqtisadi komissiyasının sədri Bakıya olan 3 günlük səfərinin sonunda iki ölkə arasında bank məsələlərinin həlli prosesinin sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və bir aya kimi dərman zavodunun quraşdırılmasına başlanması üzrə anlaşmanın əldə edilməsindən xəbər verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap