header

 Kontr-admiral Səyyari: İranın dəniz qoşunları bütün region və regiondan kənar hərəkətləri izləyir

İranın dəniz qoşunlarının komandanı deyib: İran ordusunun dəniz qoşunları Sepah-ın dəniz qoşunları ilə yanaşı, bütün region və regiondan kənar hərəkətləri izləyir.

IRIB-nin məlumatına görə, İranın dəniz qoşunlarının komandanı kontr-admiral Səyyari Tehranın buhəftəki cümə namazı xütbələrindən öncəki çıxışında əlavə edib: İran ordusunun dəniz qoşunları Sepah-ın dəniz qoşunları ilə yanaşı, Fars Körfəzində, Hörmüz boğazında, Oman dənizində və Hind okeanının şimalındakı bütün hərəkətləri izləyir və heç bir vəchlə heç bir gəminin İran İslam Respublikasının sərhədlərinə yaxınlaşmasına icazə verməyəcək.

 

Kontr-admiral Səyyari söyləyib: İran ordusunun dəniz bölmələri öz qüdrətini göstərmək üçün cənub-şərqi Asiya ölkələrində, Cənubi Çin dənizində, Sakit Okeanda və Çin limanlarında, eləcə də qərb istiqamətdən Qırmızı dənizə, Aralıq dənizinə və bu dəniz ətrafındakı ölkələrədək və cənub istiqamətdə Hind okeanınadək iştirak edirlər.

 

Kontr-admiral Səyyari həmçinin deyib: İran ordusunun dəniz qoşunları Ədən körfəzində və Hind okeanının şimalında iştirak edir və tankerlər və ticarət gəmiləri üçün təhlükəsizlik yaradaraq, İranın iqtisadi təhlükəsizliyinə azacıq bir xələlin belə dəyməsinə mane olublar.

İranın dəniz qoşunlarının komandanı deyib: İran ordusunun dəniz qoşunları Sepah-ın dəniz qoşunları ilə yanaşı, bütün region və regiondan kənar hərəkətləri izləyir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap