header

 Bakı Suriyanın ərazi bütövlüyü və siyasi birliyini vurğulayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin olunmalıdır.

Report.az-ın dünənki məlumatına görə, Hikmət Hacıyev Moskvada çıxan "Nezavisimaya Gazeta" qəzetinin Azərbaycan Respublikasının və MDB-yə üzv bəzi dövlətlərin Suriyada sülhün qorunması koalisiyasında iştirakı mümkünlüyünə dair məlumatına reaksiyada vurğulayıb: Azərbaycan Respublikasının Suriyada sülhün qorunması koalisiyasında iştirakı barədəki məlumatlar həqiqətə uyğun deyil.

 

Hacıyev həmçinin deyib: Suriyada insan böhranının həllindən və bu ölkədə atəşkəsin bərqərarından sonra Suriya böhranının siyasi həlli üçün bu ölkə xalqının iradəsinə uyğun əhatəli siyasi bir proses başlanmalı və Suriyanın ərazi bütövlüyü və siyasi birliyi qorunmalıdır.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ münaqişəsinə və bu ölkə ictiamiyyətinin müharibədən irəli gələn problemlər və insan böhranından xəbərdar olmasına toxunaraq, deyib: Bakı BMT və humanitar orqanlar ilə həmkarlıq yolu ilə Suriya savaşı didərginlərinin problemlərinin həlli üçün səy göstərəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin olunmalıdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap