Hələbin şərqindəki mühüm bölmələrdə təhlükəsizlik bərqərar olunub
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Suriya ordusunun bölmələri Hələb şəhərinin şərq məntəqələrindəki irəliləyişlərini davam etdirərək, bu məntəqənin mühüm hissələrində təhlükəsilzlik və asayişi bərqərar ediblər.
IRIB-nin məlumatına
görə, bir suriyalı hərbi mənbə bildirib ki, Suriyanın ordusu və silahlı qüvvələrindən
bir bölmə xalq qüvvələrinin həmkarlığı ilə Hələbin şərqindəki Cuzmati və Həlvaniyyə
məntəqələrində yerləşən yaşayış massivlərində təhlükəsizlik və sabitliyi bərqərar
edib.
Suriyanın ordu
qüvvələrinin terrorçuların Hələbdə yerləşən Kərəm əl-Əlqatirci məntəqəsindəki
mövqelərinə hücumu da çoxlu sayda terrorçunun öldürülməsi, həmçinin bu məntəqənin
şərq hissəsində təhlükəsizlik və sabitliyin bərqərarı ilə nəticələnib.
Suriya hərbçiləri
həmçinin Cibhətunnusrə terrorçularının bu ölkənin cənubundakı Dəra məntəqəsində
yerləşən didərginlər düşərgəsi və Harəlbəcabəcə məntəqəsinin ətrafındakı mövqelərini
hədəfə alıblar ki, bu da terrorçuların mövqelərinin məhv edilməsi və çoxlu
sayda terrorçunun ölümü ilə nəticələnibdir.
Suriyanın ordu
qüvvələrinin Cibhətunnusrə terrorçularının və bu qrupun tabeliyində olan digər
terror qruplarının Suriyanın qərbindəki Hums şəhərinin yaxınlığında yerləşən
Əlrəstən şəhəri ətrafındakı mövqelərinə qarşı hücumu da bir qrup terrorçunun məhvi
ilə nəticələnibdir.
Maliyyə və
silah köməklərini Ali-Səud rejimindən alan Cibhətunnusrə qrupunun tabeliyində
olan terror qrupları Humsun şimalındakı bir neçə məntəqədə yerləşiblər.
Suriyda böhran
bu ölkənin prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək üçün 2011-ci ildən,
Ərəbistan, Amerika və onun müttəfiqlərinin himayəsti altda olan terror
qruplarının geniş hücumları ilə başlanıbdır.