header

 Şəri-dini suallara cavablar - SUAL 6

10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik

TƏQLİDİN HÖKMLƏRİ

 

TƏQLİDİN TARİXÇƏSİ

 

SUAL 6: Müctəhidə təqlid haçandan başlamışdır? Görəsən, Peyğəmbəri-Əkrəm (s) və məsum imamların (ə) da dövründə təqlid olubmu?

CAVAB: İlahi hökmləri öyrənmək və onlara əməl etməyin doğruluğuna əmin olmaq üçün fəqih və İslamşünas alimə müraciətin tarixi İslamın ilkin çağlarına – Peyğəmbəri-Əkrəm (s) və məsum imamların (ə) dönəminə gedib çıxır.[1] Qurani-Kərimin “Ənbiya” surəsinin 7-ci ayəsində də buyurulur:

فَسئَلُوا أَهلَ الذِّكرِ إِن كُنتُم لا تَعلَمُونَ

“Əgər bilmirsinizsə, “zikr” (bilik) əhlindən soruşun.”

Rəvayətlərdə “zikr və bilik əhli” (ayənin kamil və bariz nümunəsi olan) məsum imamlara aid edilsə də, ayənin nazilolma səbəbi və ümumiliyi onun əhatə dairəsini kiçiltmir və bütün bilik əhlinə, o cümlədən, fəqih və müctəhidlərə də aid edilir.

Həmçinin “Tövbə” surəsinin 122-ci ayəsində buyurulur:

وَ ما كانَ المُؤمِنُونَ لِینفِرُوا كَافَّةً فَلَو لا نَفَرَ مِن كُلِّ فِرقَةٍ مِنهُم طائِفَةٌ لِیتَفَقَّهُوا فِى الدِّینِ وَ لِینذِرُوا قَومَهُم إِذا رَجَعُوا إِلَیهِم لَعَلَّهُم یحذَرُونَ

“Möminlərə hamılıqla (döyüş cəbhəsinə, cihada, yaxud dini elm mərkəzlərinə,) köç etmələri yaraşmaz. Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə dində agahlıq əldə etmək üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə (Allahın əzabı ilə) qorxutsunlar. Bəlkə onlar (yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!”

Şübhəsiz, ayədə göstərilən “dində agahlıq əldə emək” ibarəsi geniş məna kəsb edir və İslam maarifi və hökmlərini – üsuli-din və fürui-dini əhatə edir. Buna rəğmən, camaat dində agahlıq əldə edən, dini elm ocaqlarında dini-şəri məsələləri dərindən yiyələnən şəxsin sözlərini qəbul etməyə dəvət olunur. Bu da fəqih və müctəhidə müraciət və təqlid etmək deməkdir.

Peyğəmbəri-Əkrəm (s) bəzi səhabələrini dini hökmləri və İslam maarifini təbliğ etmək və öyrətmək üçün ətraf məntəqələrə ezam edirdi. Müsəb ibn Ümeyr və Məaz ibn Cəbəl bunun bariz nümənələrindəndir. O həzrət ezam etdiyi səhabələrinə buyurardı: “Elmsiz fətva verməkdən çəkinin, yoxsa mələklərin lənətinə düçar olarsınız.”[2]

Bu rəvayət də onu göstərir ki, Peyğəmbəri-Əkrəmin (s) əsrində fəqih və İslam alimi fətva verir, camaat da onun sözünü qəbul edir və ona təqlid edirmiş. Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra da, fəqih və İslam aliminə müraciət və təqlid davam edir, nəhayət, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə bu məsələ vüsət tapır. Həmin imamların məktəbində bir çox fəqih və müctəhidlər yetişərək[3] İslam maarifini, dini-şəri hökmləri təbliğ etmək və öyrətmək məqsədilə uzaq və ucqar məntəqələrə köç edir, İslam maarifinə təşnə olanlar dini-şəri məsələlərini onlardan öyrənirdilər. Buna “təqlid” deyilir ki, aşağıda onun bəzi nümunələrinə işarə edirik:

1. İmam Baqir (ə) Əban ibn Təğlibə buyurur:

اِجلِس فى مسجد المَدینة و اَفتِ النّاسَ فَاِنّى اُحِبُّ اَن اَرى فى شیعَتى مِثلَك

“Mədinə məscidində əyləş və camaata fətva ver. Çox istərdim ki, şiələrimin arasında sənin kimi şəxslər olsun.”[4]

2. Şüeyb Əqrəqovqidən nəql olunur ki, imam Sadiqə (ə) dedim: “Bəzən dini sual və şübhələrlə rastlaşırıq, sizə əlimiz çatmadıqda, kimə müraciət etməyimizi məsləhət görürsünüz?” İmam (ə) onun cavabında buyurdu:

عَلَیكَ بِالاسَدى یعنى اَبا بَصیر

“Siz Əbu Bəsirə müraciət edə bilərsiniz.”[5]

3. Həsən ibn Əli ibn Yəqtin nəql edir ki, imam Rzadan (ə) soruşdum: “Qarşılaşdığım və ehtiyac duyduğum hər bir dini-şəri məsələni sizdən soruşub öyrənə bilmirəm. Yunis ibn Əbdürrəhmana etimad edib, dini-şəri ehtiyaclarımın cavablarını ondan öyrənə bilərəmmi?” İmam Rza (ə) buyurdu: “Bəli!”[6]

4. İmam Mehdi (ə.c.) İshaq ibn Yəquba yazdığı şərif məktubda belə buyurur:

...و اَمَا الحَوادِثُ الواقِعَةُ فَارجِعُوا فیها اِلى رُواةِ اَحادیثِنا فَاِنَّهُم حُجَّتى عَلَیكُم و اَنَا حُجَّه‏اللّهِ عَلَیهِم

“Vaqe olacaq hadisələrdə bizim hədislərimizin ravilərinə (fəqihlərə) müraciət edin ki, onlar mənim sizin üzərinizdəki höccətim (nümayəndəm) və mən də Allahın onların üzərindəki höccətiyəm.”[7]

Bu məktub və digər rəvayətlərə əsasən, böyük qeyb dönəmində fəqih və müctəhidə müraciət növbəti mərhələyə – “ictihad” və “təqlid” mərhələsinə qədəm qoydu, müəyyən şərtlərə sahib fəqih və müctəhidlər fətva vermək və dini-şəri suallara cvab vermək məsuliyyətini öz öhdələrinə götürdülər. Bu proses indiyə qədər davam edir və bundan sonra da davam edəcəkdir. Şeyx Tusi yazır: “Şiələr imam Əlinin (ə) əsrindən indiki əsrə qədər (hicri-qəməri tarixi ilə 5-ci əsr) daim fəqih və müctəhidlərə müraciət edərək, şəri-dini hökmlərini onlardan soruşur, onların cavab və fətvalarına əməl edirdilər.[8]

 




[1] “Ət-tənqihu fi şərhil-urvətil-vusqa”, “Əl-ictihadu vət-təqlid” bölümü, səh.85-88.

[2] “Vəsailuş-şiə”, 27-ci cild, 4 və 7-ci bölümlər.

[3] Tarixdə göstərilir ki, imam Sadiqin (ə) müxtəlif məntəqələrdən dörd minə yaxın şagirdi olmuşdur. (“Bax: Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəə”, Əsəd Heydər, 1-ci cild, səh.69.)

[4] “Mustədrəkul-vəsail”, 17-ci cild, 11-ci bölüm.

[5] “Vəsailuş-şiə”, 27-ci cild, 11-ci bölüm.

[6] “Vəsailuş-şiə”, 27-ci cild, 11-ci bölüm.

[7] “Vəsailuş-şiə”, 27-ci cild, 11-ci bölüm.

[8] “İddətul-usul.”

 

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;

2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;

3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:

–Ayətullah Seyid Əli Xamenei;

–Ayətullah Seyid Əli Hüseyni Sistani;

–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.

–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;

–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;

–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;

–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;

–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;

–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;

 

Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! / Maide

10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap