Rəbiul-əvvəlin 3-də Kəbəyə qarşı edilən tarixi təcavüz
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Rəbiul-əvvəlin 3-ü Yezid ordusunun Kəbəyə qarşı edilən tarixi təcavüzünə şahidlik edir
Yezid ibni
Müaviyə (26-64 h.q) atası Müaviyədən sonra cəmi 4 il hakimiyyətdə olub. Həmin o
dörd ilin əksər vaxtlarını da eyşi-işrətdə, qadınbazlıq, meymunbazlıq və qətliamlar
törətməkdə keçirərdi.
Aşurada müsəlmanların
üçüncü İmamı İmam Hüseyn onun əmri ilə şəhid edildikdən sonra artıq Yeziddən hər
şey gözlənilirdi.
O hicrətin
63-cü ilində Mədinədə Hürrə qətliamını törətdi. Yezidin sərkərdəsi Müslim ibni
Üqbənin ordusu 3 gün ərzində Mədinəni tarac etdi, kişiləri qətl, qadınlara isə
təcavüz etdi. Bu üç günün içində Yezidin ordusu Mədinədə 10 minə yaxın insanı qətliam
etdi. Həmin il Mədinədə təcavüz və zinadan yüzlərlə uşaq dünyaya gəldi.
Amma bu islam
üçün onun törədəcəyi növbəti cinayət yanında kiçik bir şey idi. Onu bu cinayətlərə
cürətləndirən islam ümmətinin İmam Hüseynin şəhadətinə və Aşura faciəsinə görə
Yezidə etiraz etməməsi idi.
Yezid növbəti
cinayətini hicrətin 64-cü ilində rəbiul-əvvəlin 3-də Məkkədə törətdi. Həsin
ibni Nəmir (Aşura günündə İmam Hüseynə qarşı vuruşan sərkərdələrdən biri) ordu
ilə Məkkəyə üz tutdu. O Abdullah İbni Zubeyrin tərəfdarlarını Məkkədən
çıxarmalı idi. O iki ay müqavimətlə üzləşdi. Məkkə muhasirəyə alındı. Hücum
zamanı İbni-Zubeyrin adamları Kəbə evi təhlükəsizdir deyə oraya sığındılar.
Yezidin ordusu isə Məscidul-Həram və Kəbə evini daş mancanaqları ilə daşladılar.
Atılan odlu maddələr kəbə evinin divarındakı parçaları yandırdı. Kəbənin dam
örtüyü və bəzi divarları yandı. Vəziyyət getdikcə pisləşirdi. Birdən Yezidin
ölüm xəbəri gəldi və Həsin ibni Nəmir ölən ağasının təcavüz əmrini bitirib,
Şama dönməli oldu.
Yezid ibni
Muaviyənin İmam Hüseynə qarşı və islam ümmətinə qarşı etdiyi zülmü ört-basdır
etməyə çalışan vəhhabi alimləri tarix boyu həmişə Yezidin bu iki cinayətini
gizlətməyə və onu müxtəlif istiqamətlərə yozmağa çalışıblar. Amma onlar xəlifələrinin
bu cinayətlərini ört-basdır edə bilməyiblər. / İslaminSesi