header

 İran XİN-i sanksiyaların uzanmasının ABŞ üçün nəticələrindən danışdı

Vaşinqtonun sanksiyaları uzatması dünya ictimaiyyətinin ABŞ-a güvənsizliyi ilə nəticələnə bilər

ISNA-ya istinadən, bu barədə  İran XİN rəhbəri  Məhəmməd Cavad Zərif bəyan edib.

 

Qeyd edək ki, bundan əvvəl  ABŞ Prezidenti Barak Obamanın  hər iki Palata tərəfindən qəbul edilən  İrana qarşı sanksiyaları daha 10 il uzatmaq barədə qərarı imzalayacağı bildirilmişdi.

 

«ABŞ prezidenti  sanksiyaları uzadarsa, icraçı effekti olmayacaq, lakin  dünya ictimaiyyəi nəzərində öz öhdəliklərinin əksinə hərəkət etdiyi üçün ABŞ hökuməti ebiarsız görünəcək», - deyə  Zərif şənbə günü Hindistanda keçiriləcək  «Asiyanın ürəyi» konfransından əvvəl bəyan edib.

 

Onun sözlərinə görə, sanksiyalar  başqa ölkələrin İranla  münasibətlərinə təsir etməyəcək.

 

Qeyd edək ki, sanksiyalar barədə  qanun layihəsi 1996-cı ildə qəbul olunub və nüvə silahının qarşısının alınması üçün İranın enerji sənayesinə qarşı yönəlib. Qanunun müddəti 2016-cı ilin dekabrında başa çatacaq. İranla sazişə baxmayaraq, konqress və prezident İranın müqaviləni pozacağı təqdirdə sanksiyaları geri qaytarmaq üçün qanunun qüvvədə qalmasını istəyir .

 

İran və «altılıq» ölkələri 2015-ci ilin 14 iyulunda İran atomu barədə  tarixi razılıq əldə edib. Sazişə əsasən yeni fəaliyyət planının yerinə yetirələcəyi təqdirdə  BMT TŞ, ABŞ və Avropa Birliyinin İrana qarşı olan  iqtisadi və maliyyə sanksiyaları götürüləcək.

 

Plan  yanvarın 16-dan qüvvəyə minib. Fevralın sonlarında MAQATE nümayəndələri bəyan etdilər ki, İran öhdəliyini yerinə yetirir və ağır su ehtiyatının səviyyəti saziş şərtlərini qane edir./ FaktXəbər

Vaşinqtonun sanksiyaları uzatması dünya ictimaiyyətinin ABŞ-a güvənsizliyi ilə nəticələnə bilər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap