header

 Vahbi təbliğatçısının qız tələbələrin valideyinlərinə söyüş verməsi - Video

Bu görüntü sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olmuşdur

Tashaio.com Əl-Aləm xəbər portalının raportuna əsasən xəbər verir ki,  son vaxtlar Səudiyyə təbliğatçısı Səid bin Fərvə bir video görüntüsü yayımlamışdır. O bu görüntüdə qızlarını universitetə göndərən valideyinləri təhqir edir. Bu görüntü sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olmuşdur.

 

Əl-Həsilə internet saytının yazdığına görə Ərəbistan məscidlərindən birinin peşnamazı Səid bin Fərvə bu görüntüdə qızlarını tibb və farmakologiya fakültələrinə yaxud xarici universitetlərə göndərən adamlara söyüş verir.

 

Səudiyyə təbliğatçısı deyir: qızlar tibb və farmakologiya fəndlərində təhsil alsalar, yaxud  da xarici universitetlərə getsələr oğlanlarla yanaşı əyləşməli olacaqlar ki, bu da haramdır.

 

O, sözlərinin davamında iddia etmişdir ki, qızları ilə belə davranan adamları görüm iflic olsunlar!

 

Səudiyyə təbliğatçısı qızlarına təhsil almağa və oğlanlarla qatışmağa icazə verən vaideyinlərin suçlu olduğu qənaətindədir və “kişilik və qeyrətiniz hardadır?” sualı ilə çıxış edərək demişdir: qızları tək-tənha xaricə göndərmək üçün üzr və bəhanə yeri yoxdur.

 

O demişdir: hamımız kişiyik və qərizəmiz vardır. Gözəl bir qadın gördükdə ona cəlb olmur, vurulmuruqmu? Niyə, cəlb olur və vuruluruq. Onda bəs otanmırıqmi bacımız, qızımız və arvadımız bizdən gözəl bir kişi görüb onu Yusif əleyhissalama oxşatmasın?!

 

Səudiyə təbliğatçısının sözlərinin yayılması sosial şəbəkə istifadəçilərini hiddətləndirmişdir.



Bu görüntü sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olmuşdur
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap