header

 Ərdoğanın Suriya haqqındakı yalanlarının sonu

Ərdoğanın Suriya haqqındakı yalanlarının sonu

Tashaio.com xəbər verir ki, Suriyanın xarici işlər nazirliyi Türkiyə prezidenti R. T. Ərdoğanın son anti-Suriya sözlərinə reaksiya verərək bildirmişdir: bu sözlər Ankaranın Suriya haqqındakı məqsədini aşkar etmiş və onun saxta ittihamlarına son qoymuşdur.

 

Suriyanın rəsmi agentliyi SANA çərşənbə günü bu ölkənin xarici işlər nazirliyindəki bir mənbədən nəql edərək bildirmişdir ki, Ərdoğanın Bəşşar Əsədə qarşı son bəyanatı bu ekstremist diktatorun xəyalpərvərliyindən və tamahından irəli gəlir. Onun dediyinə görə Ərdoğan elə bir mütləqiyyətçidir ki, Türkiyəni Suriya və İraqı hədəf alan terrorçu qruplaşmaların hərbi bazalarına çevrilməyinə səbəb olmuşdur. Demək Ərdoğan Suriya və İraqın günahsız əhalisinin çəkdiyi əzab-əziyyətlərin məsuliyyətini daşıyan birinci şəxsdir.

 

Türkiyə prezidenti ötən cüməaxşamı demişdi ki, Ankara Suriya prezidenti Bəşşar Əsəd dövlətini devirmək üçün bu ölkəyə girmişdir və onun torpaqlarında gözü yoxdur! Ərdoğan çərşənbəaxşamı günü ortaşərqə dair keçirilən İstanbul samitində bildirmişdir ki, Türkiyə qüvvələrinin Suriyadakı “Fərat Qalxanı” əməliyyatı bu ölkə dövlətini devirmək üçündür.

Ərdoğanın Suriya haqqındakı yalanlarının sonu
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap