ABŞ-ın Tel-Əvivdəki səfiri: "Amerikada istənilən hökumət İsrailə dəstək verəcək"
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
ABŞ-ın Təl-Əvivdəki səfiri BMT və Təhlükəsizlik Şurasında sionist İsrail rejiminin əleyhinə istənilən layihəni veto edəcəklərini bildirib.
Parstoday-a
istinadən, ABŞ səfiri Fransanın sionist İsrail rejiminin əleyhinə BMT və Təhlükəsizlik
Şurasına təqdim edəcəyi istənilən layihəni Amerika olaraq, veto edəcəklərini
bildirib. Səfir bu vəziyyətin İsrail rejimi və Fələstin tərəfinin birbaşa
danışıqlar masasına oturmağa məcbur edəcəyini söyləyib.
Səfir həmçinin
ölkəsinin İsrail rejimilə bağlı siyasətlərinin dəyişmədiyini qeyd edərək, belə
danışıb: "Amerikada hansı hökumət iqtidara gəlirsə gəlsin, İsrailə dəstək
verəcək".
Qeyd edək ki,
Fransa hökumətinin sionist İsrail rejiminin Qərbi Yaka və Qüdsdə sionist məskunlaşma
yerlərinin inşasının dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasına layihə
təqdim etməsi gözlənilir. / Deyerler