header

 Ərdoğan Türkiyəni çətinə saldı – Əsəd bəyənatına Çavuşoğludan da izah gəldi

Rəcəb Tayyib Ərdoğan Suriyaya Bəşər Əsədi devirmək üçün girdikləri barədə bəyanatı ilə özünü çətin vəziyytə salıb.

İki gündür Rusiya Ankaradan bu bəyanatla bağlı izahat tələb edir, Türkiyə rəsmiləri də açıqlamalar verməyə məcbur qalırlar.

 

Türkiyə prezident administrasiyasının dünənki açıqlamasından sonra bu gün də məlum bəyanata xarici işlər naziri səviyyəsində aydınlıq gətirilib.

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya məsələsində Ankara Moskva ilə eyni siyasət yürüdür.

“Suriya münaqişəsinin siyasi həlli yolunun tapılması və bu ölkəyə sistemli humanitar yardımın çatdırılması ilə bağlı gələcəkdə də Rusiya ilə uzlaşan siyasət həyata keçirəcəyik. Türkiyənin bu istiqamətdəki siyasəti dəyişməz olaraq qalır. Biz başqa ölkələrlə də əməkdaşlıq edirik. Lakin hesab edirik ki, Rusiya ilə əməkdaşlığımız daha çox bəhrə verəcək», deyə Çavuşoğlu əlavə edib.

 

Qeyd edək ki, Kremlin məlum bəyanatla bağlı izahat tələbinə Ərdoğan administrasiyasından dünən verilən cavab belə olmuşdu: «Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istədiyi ilə bağlı bəyanatını hərfi mənada başa düşmək lazım deyil».

 

Mənbə onu da bildirmişdi ki, rəsmi Ankara Rusiya ilə aralarında yaranmış bu anlaşmazlığın tezliklə aradan qalxacağına ümid edir. /nur

 

Rəcəb Tayyib Ərdoğan Suriyaya Bəşər Əsədi devirmək üçün girdikləri barədə bəyanatı ilə özünü çətin vəziyytə salıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap