Səudiyyə rejimi qadağan olunan silahlarla Yəmənə hücum etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir.
Səudiyyə rejimi
beynəlxalq ictimaiyyətin susması fonunda Yəmənin dinc əhalisinə qarşı bütün
beynəlxalq konvensiyalar tərəfindən qadağan olunan silahlardan və kasset
bombalarından istifadə edir.
Səudiyyə rejimi
daima kasset bombalarını Yəmənin müdafiəsiz və günahsız əhalisinin üzərinə
yağdırır. Səudiyyə rejimi Mərib vilayətini qadağan olunan kasset bombalarından
atəşə tutub. Bu hücumlar nəticəsində bir neçə mülki vətəndaş həlak olub, xeyli
sayda insan isə yaralanıb. Bu hücumlar nəticəsində xeyli sayda mülki obyektin
dağıntısı qeydə alınıb. (deyerler) /