Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib?
Posted on : Əqidələr 10/16/2017 1:00:19 PM
İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr
Rəbiul-əvvəl
hicri-qəməri tarixinin üçüncü ayıdır. Hicri tarixindən öncə Cahiliyyət Dövrünün
ərəbləri onu “Xəvvan” ya “Xuvvan” deyə adlandırırdılar. Rəbi bahar deməkdir. O
zaman belə adlanıb ona görə ki yaz fəslinə təsadüf edib.
Belə bir fikri
formalaşıb ki səfər ayı nəhs ayıdır. Buna görə bəziləri səfərdən sonra rəbiul-əvvəlin
gəlişi ilə təbrik deyirlər. Onlar bu məsələdə Peyğəmbərin “Səfərin çıxmasını mənə
xəbər verənə müjdə verərəm” hədisi ilə əsaslandırılar. Amma bu fikir hədisin
silsilə sənədinin zəif olması səbəbindən və islam dininin ruhu və ülvi mesajları
ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir.
İslam tarixində
Rəbiul-əvvəl ayında baş verən hadisələr bunlardır:
1- Rəbiul-əvvəlin biri Peyğəmbərin dəfn
edilməsi, Leylətul-Məbit gecəsi, Peyğəmbərin hicrəti, İmam Həsən Əskərinin zəhərlənməsi
2- Rəbiul-əvvəlin
3-ü Kəbə evinin Yezid ibni Muaviyənin ordusu tərəfindən dağıdılması
3- Rəbiul-əvvəlin 5-i Həzrət Səkinənin vəfatı
4- Rəbiul-əvvəlin 8-i İmam Həsən Əskərinin şəhid
olması
5- Rəbiul-əvvəlin 9-u İmam Zamanın imamətinin
başlanması, İkinci xəlifə Ömər bin Xəttabın terror edilməsi, Yezidin nümayəndəsi
Ömər Sədin qətlə yetirilməsi
6- Rəbiul-əvvəlin 10-u Peyğəmbərlə həzrət Xədicənin
izdivacı, Qəsbkar Müaviyə ibni Əbu-Sufyanın hökmdarlığa başlaması
7- Rəbiul-əvvəlin 12- Namazın rəkətlərinin artması, Peyğəmbərin Mədinəyə daxil olması,
Mötəsim Abbasinin ölümü, Əhməd bin Hənbəlin vəfatı,
8- Rəbiul-əvvəlin 14-ü Yezid ibni Müaviyənin
ölməsi,
9- Rəbiul-əvvəlin 17-i Peyğəmbərimizin mövludu, İmam Sadiqin
mövludu
10- Rəbiul-əvvəlin 22-i Peyğəmbərin başçılığı ilə
Mədinə ətrafında yəhudi qəbiləsi olan Bənin-Nəzirlə döyüş
11- Rəbiul-əvvəlin 23 həzrət Məsumə xanımın Quma
daxil olması
12- Rəbiul-əvvəlin 25 müsəlmanların Dumətul-Cəndəl
döyüşü, İmam Həsənlə Müaviyə ibni Əbu-Sufyan arasında sülhün bağlanması. /
İslaminsesi