YEZİDİN ƏMRİ – KƏBƏ EVİ OD İÇİNDƏ
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
64-cü hicri-qəməri ilinin Rәbiül-әvvәl ayının 3-ü (Dekabrın 3-ü) Müaviyə oğlu Yezidin əmri ilə Allahın evi Kəbənin mancanaqla yandırıldığı günə təsadüf edir. Bu faciə Yezidin ölümündən on bir gün əvvəl baş vermişdir.
Yezidin əmri ilə
müqəddəs Məkkə evinə hücum və Kəbə evinin yandırılması tarixin qəti hadisələrindəndir
və məşhur əhli-sünnə alimləri, o cümlədən, Təbəri özünün “Tarix” kitabında və
İbn Əsir “Əl-kamil” əsərində bu faciəni qələmə almışlar. Tarixdə bu faciə belə
təsvir olunur:
“Aşura” faciəsindən
sonra İslam dünyasının müxtəlif nöqtələrində Əməvilər sülaləsi, məxsusən,
Müaviyə oğlu Yezidin əleyhinə imam Hüseynin (ə) qisasını və digər məqsədləri
izləyən qiyamlar baş qaldırdı. Həmin qiyamlardan biri də Mədinə əhalisinin
qiyamı idi. Belə ki, “Aşura” faciəsindən bir müddət sonra Mәdinә әhalisindәn
bir qrup nümayəndə Yеzidi yахındаn görmәk vә оnun hədiyyələrindәn bәhrәlәnmәk
üçün Şama yollandı. Onlar Yеzidi məclisdə çəkinmədən aşkar şəkildə şәrаb içmәklə,
qumar oynamaqla, it оynаtmаqlа vә şәriәtdәn kәnаr işlәr görmәklə mәşğul
olduğunu gördükdə, Mәdinәyә qayıdıb şәhәr әhalisini Yezidin tutduğu yaramaz
әmәllәrindәn, İslamazidd həyat tərzindən danışaraq dedilər: “Yеzid şәrаbiçәn,
itоynаdаn və fаsiq bir аdаmdır. Bеlә bir şәхsin xәlifә olmağa lәyaqәti yoxdur!”
Nәhаyәt, Mәdinә әhalisi qiyam edib, Yezidin bu şәhәrdәki hakimi Osman ibn
Mәhәmmәd ibn Әbu Süfyanı, elәcә dә, Mәrvan ibn Hәkәmi vә Əməvilər sülaləsindən
olan digәr şәxslәri şәhәrdәn qovub, Abdullah ibn Hәnzәlә ilә beyәt etdi.
Bu xәbәr Yezidә
çatdıqda, Mәdinә əhalisini cәzаlаndırmаq məqsədilə Müslim (yaxud Müsrif) ibn
Üqbәnin başçılığı ilә böyük bir ordunu Şamdan Mәdinәyә yolladı. Müslim ibn Üqbә
öz qoşunu ilә birlikdә Mәdinәnin yaxınlığında yerlәşәn “Hirrә” adlı mәntәqәyә
çatdıqda, şәhәr әhalisi xәbәrdar olub onları dәf etmәk üçün hәmin mәntәqәyә
doğru üz tutdu. Onların arasında ağır döyüş başlandı vә Mәdinә әhalisindәn bir
çoxu qәtlә yetirildi. Mәdinә әhalisi bu ağır döyüşdә müqavimәt göstәrә bilmәyib
geri döndü vә “Peyğәmbәr (s) mәscidi”nә sığındı.
Müslim ibn Üqbənin
dә ordusu Mәdinәyә yürüş edib, hәyasızcasına vә süvari halda Peyğәmbәr (s)
mәscidinә daxil oldu, müqәddәs hәrәmdә kütləvi qırğınlara əl atdı. Mәscid qızıl
qana boyandı. Yezidin göndərdiyi оrdu hеç bir çirkinlikdәn çәkinmәdi; nә qәdәr
dindаr, tәqvаlı vә mömin insanlar qırıldı, nә qәdәr hörmәtsizliklәr оldu, nә
qәdәr qаdın vә qızlаr bu vәhşi оrdunun tәcаvüzünә mәruz qаldı. Tarixdə bu faciə
“Hirrə” faciəsi adı ilə məşhurdur.
Bu faciədən
sonra Müslim ibn Üqbә, Yezidin әmri ilә Mәdinәdәn çıxıb, Abdullah ibn Zübeyri
mәğlub etmәk üçün Mәkkәyә yollandı. Abdullah ibn Zübeyr, Müaviyәnin ölümündәn
sonra Yezidә beyәt etmәmiş, Məkkənin rəhbərliyini ələ keçirmiş vә camaatı özünә
beyәtә dәvәt etmişdi. Müslim ibn Üqbә isә Mәkkә yolunda – “Qәdid” adlı
mәntәqәdә öldü. Ondan sonra Hәsin ibn Nümeyr qoşunun başçılığını öhdәsinә aldı
və Mәkkәni mühasirәyә alıb, Mәkkә dağlarından Kәbә evini nәzarәt altında
saxladı. Onun ordusu pambıq vә kәtandan hazırlanmış parçalara neft töküb
yandırır vә mancanaqla Kәbәyә atırdılar. Nәticәdә, Kəbə evi yandı və binanın
divarları uçdu.
Bu hadisә 64-cü
ilin Rәbiül-әvvәl ayının 3-dә, Yezidin ölümünә on bir gün qalmış baş verdi.
Yezidin göndәrdiyi ordunun çirkin әmәllәri nәticәsindә Mәkkә әhalisi ağır
işkәncәlәr vә әzab-әziyyәtlәrә mәruz qaldı. Yezidin ölüm xәbәri Mәkkәyә
çatdıqda, Hәsin ibn Nümeyr öz ordusu ilə birlikdә Şama qayıtdı vә Mәkkә әhalisi
onun və ordusunun şәrindәn nicat tapdı. (“Tətimmətül-müntəha”, Şeyx Abbas
Qummi.)
Qeyd edək ki,
Kində qəbiləsindən olan Həsin ibn Nümeyr Əhli-beytlə (ə) düşmənçilik edən və
“Siffeyn” döyüşündə imam Əlinin (ə) əleyhinə döyüşən şəxslərdən biri idi. O,
Yezidin hakimiyyəti dövründə Kufədə İbn Ziyadın hakim olduğu və imam Hüseynin (ə)
səfiri Müslim ibn Əqilin qiyam etdiyi zaman polis rəisi vəzifəsində işləmiş,
“Aşura” faciəsində imam Hüseynə (ə) qarşı döyüşərək “ox atanlar” dəstəsinə sərkərdəlik
etmiş, “Aşura” faciəsindən sonra Süleyman ibn Sürəd Xüzainin başçılıq etdiyi “Təvvabin”
(tövbə edənlər) hərəkatı ilə döyüşmüş, “Hirrə” faciəsində (Mədinənin mühasirəsində)
iştirak etmiş, Kəbə evini yandırmış və nəhayət, Muxtarın qiyamı zamanı 67-ci
hicri-qəməri ilində İbrahim ibn Əştərin əli ilə öldürülmüşdür. (“Dairətül-məarifil-İslamiyyə”,
7-ci cild, səh.458.)
Rza Şükürlü /Maide