Tramp ABŞ-ın müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan generalı təyin edir
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.
“CBS News” xəbər
verir ki, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk
görüşdə bildirib.
“Biz “Quduz köpək”
Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.
O, Mettisin
dahi generallardan biri olduğunu bildirib.
Tramp Ceyms Mettisi Pentaqon rəhbəri
postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.
Qeyd edək ki,
Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.
“Quduz köpək” dəfələrlə
Rusiyanı “yırtıcı” dövlət adlandırıb.
(apa)