Millət vəkilindən hökumətə irad: "Özümüz-özümüzü aldadırıq"
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə 33 şəhər və rayonun dotasiyadan məhrum edilməsindən bəhs etdi.
Zahirən bu rəqəmlərin
ürəkaçan olduğunu deyən komitə sədri yerlərdə vəziyyəti ciddi dəyərləndirmədən
belə qərar verilməsini düzgün saymadı: “Bu, tamamilə düzgün hal deyil və strateji
xəttimizə zidd məsələdir. Necə yəni, yerlərdə işləyənlərin ağlı çatmır, yoxsa səhlənkarlq
edirlər. Əgər belədirsə, onları çıxartmaq, yenilərini qoymaq lazımdır. Neftçala
rayonunun gəlirləri artmayıb, ancaq büdcəyə 4 milyon əlavə vəsait ödəməlidir. Nəyin
hesabına? Elə edək ki, orada müəssisələr tikilsin, əlavə vəsait əldə olunsun.
Bunlar edilmədiyi halda, əlavə vəsait tələb ediriksə, özümüz-özümüzü
aldadırıq”.
A.Rəhimzadə
daha sonra əlavə edib: “Mədəniyətə 8 milyon dotasiya ayırlırsa, Azərbaycanın
bütün əhalisini əhatə edən yerli özünüidarə orqanlarına 5,2 milyon vəsait
verilir. Bu, çox azdır. 2014-cü ildə dotasiya ilə birgə subvensiyaların da
verilməsi qərara alındı. 2015-ci ildə verildi, bu il yenə də büdcədən
çıxarıldı. Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa, kənd bələdiyyələrinə
kiçik yardımlar edək. Bu il 70-ə yaxın kənd bələdiyyəsi tərəfindən layihələr təqdim
olunub, biri də qəbul olunmayıb. Nəyə görə? Heç olmasa, büdcədə yazın
subvensiya, qarşısına da “0” yazın. Bu da yazılmayıb. Mən xahiş edirəm, bu məsələlərə
diqqət yetirin”./Faktxəbər