İran və Qafqaz ölkələri din alimlərinin birgə seminarı
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı Tehranda keçiriləcək.
Tashaio.com-un Maide.Az-a istinadən verdiyi məlumata görə
İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və
radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı cari ilin dekabr
ayının 3-də, həftənin şənbə günü, İran İslam Respublikasının "İslami Əlaqələr
və Mədəniyyət Təşkilat"ının təşəbbüsü ilə bu təşkilatın "Əz-Zəhra
(s)" toplantı salonunda keçiriləcəkdir.
Tehran vaxtı ilə
günün ikinci yarasında, saat 15:00-da keçiriləcək bu toplantıda Əbuzər İbrahimi
Türkəman - İran İslam Respublikasının "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının
rəisi, Ayətullah Təsxiri, İslam dünyası məsələlərində İran İslam İnqilabı Rəhbərti
Həzrət Ayətullah Üzma Xameneinin məşvərətçisi, Ayətullah Möhsin Əraki- İslami Məzhəblərin
Yaxınlaşdırılması Təşkilatının (TƏQRİB) baş katibi, Ayətullah Əxtəri- Ümumdünya
Əhl- Beyt (ə) cəmiyyəti birliyinin baş katibi, Nəvvab- Dinlər və Məzhəblər
Universitetinin rəisi və digərləri iştirak edəcəklər.
Qafqaz alimləri
isə Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyx Allahşükür Paşazədinin rəhbərliyi
ilə 14 nəfərlik heyətlə Tehrana gələrək bu seminarda iştirak edəcəklər.
Qafqazın 7 ölkəsinin
əhl-sünnə müftiləri və şiə alimləri təşkil etdiyi bu 14 nəfərlik heyət Şeyx
Allahşükür Paşazadənin rəhbərliyi ilə Cümə günü, Dekabr ayının 12-də Tehranda
"İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının qonağı olacaqdır.
Bu heyət
seminar səfəri çərçivəsində İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri
ilə də görüşlər keçirəcəkdir. (iqna) /