Inqilab rəhbərinin Avropa gənclərinə yazdığı məktub Alman şəhərlərinin billibordlarında
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Inqilab rəhbərinin Avropa gənclərinə yazdığı məktub Alman şəhərlərinin billibordlarında + şəkil
Fransada baş verən yanvar terror hadisəsindən sonra islami
inqilab rəhbəri ayətüllah Xamneyi həzrətləri Avropa və şimali Amerika gənclərinə
izahatverici məktub yazdı. O, bu məktubda qərb mediyasında islam dinini
qaralama və onu zorakılıq dini kimi təqdim etmə cəhdinin qarşısında dayanaraq
bildirmişdi ki, islam dini qardaşlıq, məhəbbət və sülhsevərlik dinidir. Inqilab
rəhbəri qərb gənclərindən istəmişdi ki, bu sahədə ciddi mütaliə etsinlər. O,
xatırlatmışdı ki, islam adına törədilən terror aktlarının bu dinə heç bir dəxli
yoxdur. O, Avropa gənclərindən bu dini əsas qaynaqlarından, Qurani-Kərimdən və
Peyğəmbər davranışlarından öyrənmələrini istəmişdi.
Afenbax Quran və əhlibeyt mərkəzi rəhbərin mesajını
yayımlamaq və islam dinini kobudluqdan və terrordan kənar əxlaqiyyat və sülh
dini olaraq təqdim etmək istiqamətində bu məktubu Avropa dillərində yaydıqdan
sonra rəhbərin sözlərindən ibarət seçilmiş cümlələri onun təsviri ilə birlikdə
Frankfurt, Ogsburq, Koln, Berman şəhərlərinin əsas billibiordlarnda nümayiş
etdirmişdir. Onlar istəmişlər ki, Avropa gəncləri islamı qaralayan
konsepsiyalardan kənar islam dinini öyrənsinlər.
Afenbaxda yerləşən Quran və əhlibeyt mərkəzinin bu təbliğatı
Almaniya mediyasında geniş yer almışdır. Habelə bu məqsəd üçün nəzərdə tutulan
www.letterforu.de saytında rəhbərin qərb gənclərinə yazdığı iki məktubu da yerləşdirilmişdir
ki, Alman ictimaiyyəti də rəhbərin mesajlarını əldə edə bilsinlər.
ای