MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
İnsan ictimai
varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz
ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam
dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi
ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan
qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir.
İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur:
فَإِنَّهُ لَيْسَ شَيْءٌ مِنَ الْأَعْمَالِ عِنْدَ اللَّهِ عَزَّ
وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى
الْمُؤْمِنِ
“Allah-Taalanın
dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl
yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-imamir-Riza
(ə)”, səh.339.)
Bu məsələnin əhatəsi
uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin
aradan qaldırılmasına qədər genişdir. Necə ki, imam Rza (ə) başqa bir hədisdə buyurur:
مَنْ فَرَّجَ عَنْ مُؤْمِنٍ، فَرَّجَ اللَّهُ عَنْ قَلْبِهِ
يَوْمَ الْقِيَامَةِ
“Hər kim bir
möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini
aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)
Hər iki hədisdə
göstərilən “mömin” qeydi diqqəti özünə cəlb edir. Mömini isə günahla sevindirmək
olmaz. Mümkündür ki, bəziləri bu və bu kimi hədislərdən sui-istifadə edərək
yersiz deyib-gülmək və zarafatlaşmaqla həddi aşır, nəticədə günaha qurşanır və
bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək
o zaman savabdır ki, onun günahdan yayındırsın, imanını artırsın, onu Allaha
daha da yaxınlaşdırsın.
Qeyd eməliyik
ki, sevinmək və şadlanmaq fitri istək və meyildir. İnsan fitrətən şadlıq
sorağındadır. Əlbəttə, narkotik maddələr, spirtli içkilər və eyş-işrət məclisləri
kimi şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükəyən saxta və aldadıcı
şadlıqlar İslamda yasaqdır. Bu sayaq şadlıqlar həm təkamülə maneədir, həm də
insanı hərəkət və çalışqanlıqdan saxlayır. Qurani-Kərimdə buyurulur ki, axirət
həyatına inanmayan, öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna
qayıtmayacaqlarını zənn edərək, bu dünyada əhli-əyalı, yaxınlarıvə dostları ilə
sevinc içində olanların axirətdə vəziyyəti çətin olacaqdır. (Bax: “İnşiqaq” surəsi,
ayə 13-15.) Odur ki, İslam dini insanı əbədi səadətdən məhrum etməyən, axirət
sevincinə qənim kəsilməyən dünya şadlığı və sevincinə önəm verir. Əlbəttə,
qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri də sevinc və şadlıqdır.
“Ğaşiyə” surəsinin 8-ci ayəsində buyurulur:
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
“O gün bir
çox üzlər sevinəcək.”
Ali-İmran surəsinin
170-ci ayəsində Allahın rəhmətini qazanmış şəhidlər haqqında buyurulur:
فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ
بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ
وَلاَ هُمْ يَحْزَنُونَ
“Onlar Allahın
Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir,
arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail
olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssəgörməyəcəklərinə görə şadlıq
edirlər.”
Bir sözlə,
ilahi bəndələri sevindirmək və çətinliklərini aradan qaldırmaqda insanın niyyəti
ilahi nərgə boyanmalıdır. Bu zaman “yaxşı əməl” adı ilə ona veriləcək savab və
mükafat da qat-qat artacaqdır.
Rza Şükürlü/Maide