header

 Dindar və şəhid yetişdirən Ərdəbil əhalisinin Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləməsi haqqında bəyanatı

Yəhudiləri və müşrikləri imangətirənlərin ən pis düşməni olduğunu görəcəksən

Bismillahir-rəhmanir-rəhim

 

Yəhudiləri və müşrikləri imangətirənlərin ən pis düşməni olduğunu görəcəksən. (Maidə surəsi, ayə 82)

 

İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni (rh) sionist rejimlə münasibəti haram və İslamla müxalifət adlandırır. Dünya Müsəlmanlarının Vəliyyi-əmri də buyurmuşdur ki, Allahın tövfiq və inayəti ilə 25 ildən sonra regionda sionist rejimi mövcud olmayacaq.

 

Biz Ərdəbil əyalətinin müsəlman əhalisi Azərbaycan Respublikası hökumətindən istəyirik ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun bu ölkəyə səfərini ləğv etsinlər.

 

Qüdsü işğal edən rejim Azərbaycan Respublikasının neftinin 30 faizinə sahiblik edir, bu ölkədə xoşagəlməz sosial durum yaradır, beynəlxalq səviyyədə Azərbaycanı dəstəkləmir, üstəlik, onun ərazi bütövlüyünün əleyhinə səs verir. Belə bir imperialist rejimin rəhbərinin Azərbaycan Respublikasına səfəri bu ölkənin təkcə İslam dünyası ilə münasibətlərində deyil, hətta, öz qonşuları ilə də münasibətlərində ciddi problemlər yaradacaq.

 

Azərbaycan Respublikasında islami təzahürlərin bərpa olunduğu, xalqın cinayətkar sionist rejiminə qarşı nifrətinin pik həddə çatdığı, məhdudiyyətlərə baxmayaraq məhərrəm ayının mərasimlərini əzəmətlə keçirdiyi, Ərbəin yürüşündə 17 min zəvvar iştirak etdiyi bir halda düşünülməmiş hərəkətə yol verərək cinayətkar sionist rejimin baş nazirini bu ölkəyə dəvət etmək, ölkə xalqına istehza etmək, onun hüquq və istəklərini tapdalamaqdır.

 

Ona görə də biz Ərdəbilin müsəlman və dindar əhalisi elan edirik:

 

1. Fələstininin məzlum və müsəlman xalqının qatili işğalçı sionist rejimin baş nazirinin mənfur və insanlığa qarşı sima olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının rəhbərlərindən istəyirik ki, onun bu ölkəyə səfərini ləğv etsin və öz müsəlman xalqını bundan artıq incitməsinlər.

 

2. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostcasına siyasətləri və onu qeydsiz-şərtsiz dəstəkləməsinə baxmayaraq, müsəlmanların and içmiş düşməni ilə əməkdaşlıq siyasəti aparılır, uşaq qatili olan rejimin baş nazirinin bu ölkəyə səfərinə icazə verilir. Biz, Azərbaycan Respublikasının müsəlman və məzlum xalqını dəstəkləməklə yanaşı bu ölkədə dövlətin islamofibiya siyasətlərinə qarşı nifrət və qəzəbimizi bildirir, ruhani və dindarların həbs edilməsini, islami təzahürlərlə mübarizə siyasətini pisləyir və dövlətin bu barədə siyasətlərinə yenidən baxmasını istəyirik.

 

3. Sionist rejimi özünün işğalıçılıq mahiyyətinə əsasən, hər harada iştirak edibsə, orada təhlükə və gərginlik qaynağı olmuşdur. Ona görə də region ölkələri bilməlidirlər ki, bu rejim regionda sabitliyə, xüsusilə də Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək, üstəlik, onun iştirakı regionun təhlükəsizlik balansının daha da mürəkkəbləşməsinə səbəb olacaq.

 

4. Nəhs və məşum sionist rejimin baş nazirinin səfəri müsəlmanlar arasında təfriqə yaratmaq məqsədilə həyata keçirilir ki, Təl-Əvivdə Azərbaycan Respublikasının səfirliyinin yaradılması üçün müqəddimə işləri görülsün. Biz bildiririk ki, uşaq qatili olan rejimlə münasibətləri genişləndirmək İslam dünyasının və Azərbaycan Respublikasının müsəlman xalqının etirazlarına səbəb olacaqdır.



img_3970img_3981img_3980img_3978img_3977-1img_1206img_3965img_3967  img_1204img_1181


Yəhudiləri və müşrikləri imangətirənlərin ən pis düşməni olduğunu görəcəksən
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:20 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap