header

 Suriya XİN: "Ərdoğanın açıqlaması Türkiyənin təcavüzkarlığının sübutudur"

Suriya XİN: "Ərdoğanın açıqlaması Türkiyənin təcavüzkarlığının sübutudur"

Suriya Xarici İşlər Nazirliyi Ərdoğanın verdiyi açıqlamanın Suriya torpaqlarındakı Türkiyə təcavüzünün sübutu olduğunu qeyd edib.

 

RİA Novosti xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında bu ifadələr qeyd olunub: "Ərdoğanın Türkiyə təcavüzünün məqsədlərinə dair bəyanatı, onun (Ərdoğan) yalanlarına son nöqtəni qoydu və Suriya torpaqlarındakı Türkiyə təcavüzünün ambisiyalar və illüziyaların nəticəsindən başqa bir şey olmadığını ortaya çıxardı".

 

Rəcəb Tayyib Ərdoğan İstanbuldakı parlamentlərarası Qüds platformasının simpoziumundakı çıxışında "Fərat qalxanı" əməliyyatına dair belə danışmışdı: "Hazırda 600 minlik rəqəmlər danışılır, amma xeyr. Mən hesab edirəm ki, Suriyada 1 milyona yaxın insan öldü. Bu ölümlər hələ də davam edir. Uşaq, qadın, kişi fərq qoymadan davam edir. Haradadır BMT, nə edir? İraqdadır, xeyr. Biz səbir, səbir, səbir dedik və ən nəhayət əsaslanmadıq və Suriyaya Azad Suriya Ordusu ilə yanaşı girməyə məcbur qaldıq. Nə üçün girdik? Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Məsələ torpağın əsl sahiblərinin torpaqlarına sahib omalarıdır, bunu təmin etmək üçündür. Yəni orada ədalətin təmin olması üçün mövcuduq. Dövlət terroru törədən zalım Əsədin hakimiyyətinə son qoymaq üçün biz oraya getdik, başqa bir şey üçün yox"./deyerler/

Suriya XİN: "Ərdoğanın açıqlaması Türkiyənin təcavüzkarlığının sübutudur"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap