header

 Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssəsində karsa salınıb

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir.

Tashaio.com-un FaktXəbər-ə istinadən verdiyi məlumata görə, AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza ÇƏkmə Müəssisəsinə köçürülüb.

 

Bu barədə “İslamınSesi”nə Mövsüm Səmədovun yaxınları məlumat veriblər. Verilən məlumatda o qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.

 

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır. Vəkil CÇM-də görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət ünvanlayacaq.

 

“İslamınSesi”nə açıqlama verən Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.

 

Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov kimi şəxsin həbsxana daxilində hər hansı nizam intizam qaydalarını pozması inandırıcı deyil.

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap