header

 Azərbaycan dövlətinin vahabilərə qarşı mübarizə aparmalı olduğunun səbəbi

Niyə Amerika, Ərəbistan və İsrail vahabiliyin Azərbaycanda yayılmasını xüsusi dəstəkləyirlər?

Əli Heydəri Münəvvər Miyanadakı qeydiyyatında yazmışdır: Qafqaz icmasının üzvləri Azərbaycanda terrorçu bir qruplaşmanın yerli qolunu yaratmaq əzmində olmuş və internet şəbəkələri vasitəsilə xaricdəki terrorçularla əlaqə yaratmışlar. Həmin qrupdan üç nəfər Türkiyədən qayıdarkən Ələt-Bakı yolunda təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmış atışma zamanı terrorçulardan iki nəfəri, Quliyev və Rüstəmov zərərsizləşdirilmiş, Gülməmmədov isə saxlanılmışdır. Cənubi Qafqaz ekspertləri belə bir sualla çıxış edirlər ki, dinçi ekstremizmə zəmin yaradan bir dövlət niyə terrorçularla ciddi mübarizə aparır? Aərbaycan hakimiyyəti istiqlaliyyətdən sonra komunizm metodunu davam etdirmiş, ölkənin konstitusiyasinda dinin siyasətdən ayrı olduğunu irəli sürmşdür. Digər tərəfdən isə Azərbaycan dövlətinin din siyasəti şiəçiliyin yayılmasına mane olmağa yönəldilmişdir və bu istiqamətdə ən yaxşı yolun vahabiliyin yayılmasında görmüşlər ki, şiə azəriləri vahabilərlə qarşı-qarşıya qoyaraq onları məhdudlaşdırsınlar. Azərbaycan dövləti belə fikr edirdi ki, Azərbaycan şiələrinin başı vahabilərlərə elə qarışmalıdır ki, hakimiyyət fikrinə düşməsinlər. Azərbaycan dövlətinin şiələrdən qorxmasının səbəbini İran islam inqilabından qorduğunda aramalıyıq. Bakı rəsmiləri belə güman edirdilər ki, Azəri şiələri İranı örnək götürərək hansısa bir gün bu ölkədə islam inqilabı yaradacaqlar. Beləliklə Azərbaycan dövləti demoqrafi dəyişiklik və şiə cərəyanı ilə qarşılaşmaq məqsədilə vahabiliyin yaranmasına əlverişli şərait yaratdılar. Vahabilik Azərbaycanda bəzi Ərəb dövlətlərinin, xüsusilə Səudiyyə Ərəbistanının yardımı ilə formalaşdı və komunizm dövründən qalan məzhəb boşluğu nəticəsində Azərbaycan xalqı vahabi təbliğatını acgözlüklə dinləyir və ona cəlb olurdular. Azərbaycan dövlti isə yürütdüyü din siyasəti istiqamətində din xadimlərinin fəaliyyətinə zəmin yaradırdı. Vahabiliyin himayədarı olan Ərəb ölkələri isə xeyriyyə işləri adı altında yoxsul təbəqələrə nüfuz edir, onları mali dəstəkləməklə öz fikrini yayırdı. Digər tərəfdən isə vahabi təriqətinin Amerika və sionist rejimi ilə gizli və aşkar əlaqələri baxımından vahabiliyin Azərbaycanda yayılması ilə onların siyası, iqtisadi, hərbi və s. Maraqları bu ölkədə təmin olunurdu. Buna görə də Amerika və İsrail də vahabliyin yayılmasını dəstəkləyirdilər. Bu proses Suriya böhranına qədər davam edirdi. Azəri vahabi rəhbərlərinin təbliğatı nəticəsində bir tedad Azərbaycan vətəndaşları terrorçulara qoşulmaq üçün Suriyaya göndərildi. Bakı əvvəllər öz vətəndaşlarının terrorçulara qoşulmasına laqeyd yanaşırdı. İŞİD-in azəri üzvləri İlham Əliyevi qəsbkar kimi təqdim edib bildirdilər ki, Bakı dövlətini devirəcəklər. İŞİD-in hədələri Bakını düşündürdü. Azərbaycan dövləti İŞİD-in yayılmasının xeyri olmadğını, üstəlik təhlükəsizliyin azalmasını və vətəndaşlarının üçüncü ölkədə vahabilik təriqətinin üzvü kimi regional və qlobal qüdrətlərin mənafeyi uğrunda öldüklərini gördükdə azəri vahabilərini nəzarət altna almaq qərarına gəldi. Azəri vahabilərinə aid bəzi məscidlərin fəaliyyəti dayandırıldı. Suriya döyüşündən yorulan Azərbaycan vətəndaşlarından bəzisi vətənə qayıtdıqda saxlanıldılar.

Hal hazırda Bakının din siyasəti böyük dəyişikliklərə məruz qalmışdır. Dövlət Azərbaycan şiələrini taptalamaq istiqamətində - onun nümunəsini Azərbaycan müsəlmanlar birliyinin sədri Hacı Taleh Bağırzadənin saxlanılmasında gördük- azəri vahabilərin qarşısını almağı da ön plana çəkmişdir. Dünənə kimi yalnız şıələri düşmən hesab edən Bakı artıq onlarla yanaşı vahabiləri də düşmən hesab edir. Azərbaycan dövləti yaxşı bilir ki, Suriya böhranına son qoyulduqdan sonra azəri terrorçuları vətənə qayıtdıqda təhlükəsizlik problemi yaradacaqlar. Azərbayca dövləti hazırkı şəraitdə iki yol ayrıcındadır: birinci: ölkə daxilində dini ekstremizmin qarşısını alsın. Ikincisi: terrorçulara qarşı mübarizə aparmaq üçün qonşuların köməyinə arxalansın. Azərbaycan dövləti təkbaşına terrorçulara qarşı mübarizə apara bilməyəcəkdir. Bunun üçün regional əməkdaşlıq lazımdır. Azərbaycanın qonşusu kimi İran Cənubi Qafqazda terrorçuluğun yayılmasından nigərandır. Şübhəsiz İran sərhədlərinin yaxınlığında terrorçu zonalarının formalaşması təhlükəsizlik problemləri yaradacaqdır. Buna görə də Bakının müvafiq təklifi ilə İran da terrorçuluğa qarşı birgə mübarizə aparmaq üçün razılığını bildirdi. Digər tərəfdən isə bu ittifaqın üçüncü yanı olan və şimali Qafqazda terrorçuluğa qarşı mübarizədə olan  Rusiya da terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə İran və Azərbaycana yardı edə bilər. Hazırkı vəziyyətdə belə bir sual irəli sürülə bilər ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə niyə qonşuların köməyini istəyir? Bakı Amerikanı terrorçuluğun Qafqazda əmələ gəlməsinin və yayılmasının əsas amili hesab edir. Bakı-Uaşinqton arasındakı dostluq münasibətlərinə rəğmən Azərbaycan rəsmiləri amerikalıların regionda sabitliyi pozmaq fikrində olmalarından narahatdırlar və buna görə də Tehran və Moskva ilə qeyri-rəsmi ittifaq təşkil etmişlər.

Sözümüzün sonunda işarə etməliyik ki,  Cənubi Qafqaz regionunun sabitsizliyi İranın da təhlükəsizliyinə mənfi təsir buraxacaqdır. Buna görə də Tehran – Bakı arasında bir sıra ixtilaflara və Bakının anti-şiə siyasətinə rəğmən –bütün bu ixtilaflar yerində qalmaq şərtilə Azərbaycanın terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə İranın köməyini istəyinə mübət cavab veririk. Təcrübə göstərmişdir ki, ideoloji mənşəyi olan bu qruplarla fiziki yanaşma vəziyyəti daha da gərginləşdirəcək və istənilən nəticəni verməyəcəkdir. Belə çıxır ki, Azərbaycanda vahabilərə qarşı mübarizənin ən yaxşı yolu öz kimliyini bərpa etmək, cəmiyyətdə sabitləşmiş şiə ideyasını inkişaf etdirməkdir. İran bu sahədə Azərbaycan rəsmilərinə ən effektiv məsləhətlər verə bilər.

Niyə Amerika, Ərəbistan və İsrail vahabiliyin Azərbaycanda yayılmasını xüsusi dəstəkləyirlər?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:18 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap