header

 Nardaranda şəhid olan əzadarların ildönümü mərasimi Ərdəbildə imamzada seyid Sədrəddin büqəsində keçirilmişdir - Foto

Azərbaycan respublikasının Nardaran rayonunda şəhid olan əzadarların ildönümü mərasimi Ərdəbildə imamzada seyid Sədrəddin büqəsində keçirilmişdir

Tashaio.com xəbər verir ki, Ərdəbilin məzhəb heyətləri, məhdi-təşəyyö mədəni müəssisəsi, Qafqaz müəssisəsi, imamzada seyid Sədrəddin hərəminin idarə heyəti tərəfində keçirilən mərasimdə hövzə və universitet ustadlarından höccətülislam Fəyyazı pak əimmələr və xüsusilə həzrət Əlinin əmrlərinə əsaslanaraq hakimiyyəti hökmdarların sınaq meydanı hesab edərək xatırlatmışdır: insanların və hökmdarların ən ağıllısı onlardır ki, gələcəyi nəzərə alır, nəfsi istəklərdən kənar və məntiqə əsaslanaraq iş görürlər.

 

O, dünyaya bel bağlamağı, şərq və qərbin, dünya imperializminin funksioneri olmağı region hakimiyyətlərinin ən böyük və ən mühüm afəti hesab edərək demişdir: Allahdan başqasına, hər an dəyişməkdə olan dünyanın imperialist qüvvələrinə bel bağlamaq cahillik və ağılsızlıq olardı.

 

Höccətülislam Fəyyazı dözümlüyü və tolerantlığı hakimiyyətin zəruri cəhətlərindən hesab edərək artırmışdır: Azərbaycan respublikasının hakimiyyəti dözümsüz olaraq məsciddə əzadarlıq edən günahsız insanları məhkəməyə vermədən və atəş açaraq şəhid etmişdir.

 

Hövzə və universitet ustadı hakimiyyətin kafirliklə davam edə biləcəyini, zülmlə isə davam edə bilməyəcəyini vurğulayaraq bu ölkənin məsullarını tarixdən, hakimiyyətlərin və İran şahı Rzaxan, Səddam Hüseyn kimi zalım hökmdarların taleyindən ibrət almağa çağıraraq artırmışdır: Azərbaycan respublikasının hökmdarları onlardan qat-qat güclü olan Rzaşah Pəhləvi və Səddam Hüseynin taleyindən ibrət almalıdırlar. Onlar zülm etdiklərinə və imperializmə tabe olduqlarına görə tarixin zibil qabısına tullanıldılar.

 

O, sözlərini davam etdirərək “Azərbaycan respublikasının hökmdarları dünya və axirət əzizliyi seyyidüşşühəda imam Hüseyn yolunda hərəkət etməkdən asılıdır” deyə davam etdirmişdir: əhalisinin 90 faizi şiə olan Azərbaycan respublikası İran islam respublikasından sonra ən böyük şiə ölkəsidir və hökmdarlarının yeganə əzizliyi əhalinin pak əqidələrinə dəyər vermək və onu qoruyub saxlamaqdadır.

 

Höccətülislam Fəyyazı davam etdirmişdir: Azərbaycan respublikasının hakimiyyəti dünya imperializmindən və onların naxələf övladı olan təkfirçilərdən əl çəkməli və Aşura məktəbinə əsaslanaraq Qarabağ qəsbkarlarının qarşısında dayanıb onu azad etməlidir.

 

Hövzə və universitet ustadı sözlərinin sonunda bu ölkənin əzadar şəhidlərini əzizləyərək, tarixdə iki xətt həmişəlik qalacaq: biri Yezidçilərin xətti, o biri isə Aşuranın qızıl xəttidir deyə bildirmişdir: Azərbaycan respublikasının əzadar şəhidləri çox əzizdirlər. Özlərini imam Hüseyn karvanına yetirsinlər deyə qanları o yolda töküldü. Mərasimin başlanğıcında məddahlar növhə oxudular və Nardaran şəhidlərinin xatirəsini əzizlədilər.
































Azərbaycan respublikasının Nardaran rayonunda şəhid olan əzadarların ildönümü mərasimi Ərdəbildə imamzada seyid Sədrəddin büqəsində keçirilmişdir
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap