Azərbaycan Respublikasında dindarlar və jurnalistlərin durumu ürək açan deyil - Audio
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
İranın sərhədaşırı talış radiosunun verdiyi məlumata görə, AzalTv internet portalının baş redaktoruna 3 ay həbs hökmü verilib
Yerli rəsmiləri
Cəlilabad şosse yolunun bərbad vəziyyəti ilə əlaqədar tənqid edən Əfqan Sadığov
bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən çağırılmış və təhdid edilmişdi
və nəhayət ona 3 il həbs cəzası verilib.
Azərbaycan
Respublikasının təhlükəsizlik qüvvələri son günlər Nardaran hadisələrində həlak
olanların ildönümü münasibəti ilə mərasimlərin keçirilməsinə izn verməyib və bu
xüsusda qəsəbənin iki dindar fəalını həbs ediblər.
Ötən həftə də
Nardaran şəhidlərinin qəbrləri hökumət orqanları tərəfindən dağıdılmışdı.
Xatırladaq ki,
Azərbaycan Respublikası rəsmiləri ötən ay Cenevrədə BMT İnsan Haqları Komitəsi
ilə müştərək iclasda ölkədə vətəndaşların hüquqlarının durumunu yaxşılaşdırmaq
və mədəni azadlıqların təmin edilməsi uğrunda səylər həyata keçirmək barədə öz
üzərlərinə öhdəlik götürmüşdülər.